Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər.

Məzmun Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...

Filmin üzərində işləyənlər Ssenarist: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov Rejissor: Emil Abdullayev Operator: Rəşad Qarayev Prodüser: İlkin Həsəni Rəssam: İqbal Əliyev

Rollarda İlkin Həsəni — Şəmi Ramil Babayev — Şöşü Elşən Orucov — Fəlakət Azər Baxşəliyev — Ağsaqqal Nicat Rəhimov (aktyor) — Şirin İlkin Miskərli — Qılman Cavidan Novruz — İntiqam Nigar Əliyeva — Mənzurə Tərlan Nur Yaşar — Misir Ədalət Əbdülsəmədov Sonaxanım Əliyeva Məhərrəm Qurbanov Cavanşir Hadıyev Yadigar Muradov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri