Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (; Hay Yeğapoxakan Daşnaktsutyun ya da Hay Heğapoğakan Taşnaqtsutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");Daşnaksutyun // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 324–327. ISBN 9952-417-14-2. ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. Tarixi
Əsas məqələ: Ermənistan İnqilabi Federasiyanın - Daşnaksutyunun tarixi
Yaradılması və ilk dövrü 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi "Rostom" ləqəbli Stepan Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" (erm. Hay Yeğapoxakanneri Daşnaktsutyun) adlanırdı.
Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi.
1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar:
"Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən partiya Ermənistanın proletariatın köməyi ilə azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır".
thumb|250px|Daşnaksutyunun qurucuları: R. Zoryan, X. Mikaelyan, S Zavaryan
1892-ci ildə partiyanın adı dəyişdirilir və partiya indiki adı ilə adlanmağa başlayır. Həmin il partiyanın proqramı da dərc edilir:
Məqsəd: Daşnaksutyunun məqsədi üsyanlar yolu ilə iqtisadi və siyasi azadlıqlar əldə etməkdir. Partiya hər bir insanın bərabər hüquqa malik olduğu prinsipindən irəli qələrək, maddi nemətlərin bərabər bölünməsinin tərəfdarıdır.
Gələcək Ermənistanda ümumi maraqlara xidmət edən, xalq hökuməti ümumi bərabər və birbaşa səsvermə yolu ilə seçilməlidir. İstənilən vasitələrlə həyatın və iş yerlərinin təmin edilməsi. Müxtəlif dinlər və millətlər qanun qarşısında bərabərdir. Söz və mətbuat azadlığı.
Vasitələr: Erməni inqilab ittifaqı öz məqsədlərinə çatmaq üçün silahlı dəstələr yaradır, bu dəstələr hökumətə, eləcə də tək ermənilərin yox, həm də assiriyalıların, kürdlərin və sülhsevər türklərin əziyyət çəkdiyi ümumi vəziyyətə qarşı da mübarizə aparır. Bu istiqamət çox böyük əhəmiyyət kəsb edir. Bütün bu qrupları ümumi mübarizə üçün birləşdirə bilməsək də, ən azından onların ermənilərə qarşı müxalifətini neytrallaşdıra bilərik.
Daşnak partiyasının əsas prinsiplərinin və məqsədlərinin təbliğatı. Silahlı dəstələri təşkil etmək, eləcə də onları ideoloji və praktik cəhərdən hazırlamaq. Xalqı silahlandırmaq. İnqilabi komitələri və onlar arasında sıx əlaqələri təşkil etmək. Hakimiyyət nümayəndələri, sələmçilər, satqınlar və hər cür istismarçılara qarşı terror tətbiq etmək. Xalqı quldur və soyğunçuların hücumundan qorumaq. Adamların və silahların göndərilməsi üçün yollar və vasitələr tapmaq. Dövlət idarələrinin dağıdılması və talan edilməsi.
Əsas təşkilati prinsip kimi yerli komitələrin muxtariyyəti ütünlük təşkil edirdi. Hər hansı bir rayonun bir neçə komitəsi, rayonun mərkəzi komitəsini seçirdi. Partiyanın başında büro dururdu, əvvəl Rusiya və İranda, sonra Avropada, daha sonra isə Osmanlı İmperiyasında komitələr quruldu. Rusiya İmperiyasında partiyanın yaradılmasından dərhal sonra, Qarsda, Aleksandropolda (indiki Gümrü), İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Yelizavetpolda (indiki Gəncə) və Rostovda komitələr təşkil olundu.
O zaman daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyasının ermənilər yaşayan ərazilərinə "fədailər" üçün silah və sursatın göndərilməsindən, həmçinin yerli erməni əhalisinin, silahlandırılmasından və türk hökumətinə qarşı qaldırılmasından ibarət idi.
XIX əsrdə daşnakların keçirdiyi ən məşhur terror aktı 1896-cı ildə Osmanlı bankına təşkil etdikləri hücum idi. Lakin İstanbulda yerləşən qərb dövlətlərinin səfirliklərinin müdaxiləsi nəticəsində, Osmanlı hökuməti hücumda iştrak edən terrorçuların Avropaya getməsinə razılıq verir.
XX əsrin əvvələrindən etibarən daşnaklar Rusiya İmperiyasında öz fəaliyyətlərini aktivləşdirir. "Daşnaksutyun"un Azərbaycanda 1903-cü ildə Bakı komitəsi yaradıldı. Bu komitə təşkil edilərkən erməni kilsə torpaqlarının xəzinənin xeyrinə dünyəviləşdirilməsi haqqında 12 iyun tarixli qanun verilmişdi. Bu qərar ermənilərlə Rusiya hakimiyyət orqanları arasında münasibətlərin kəskinləşdirdiyi üçün partiyanın fəaliyyəti üçün fəal mühit yarandı. "Mirzəyev qardaşları" neft kəmərinin müdiri S. F. Ter-Mkrtıçyan Bakı komitəsinin sədri oldu. Elə həmin il "Hayastan" komitəsi adlanan Yelizavetpol komitəsi yaradıldı. Onun başında arximandrit Benik və hərbi həkim M. Beqlyarov dururdu. Bu dövrdə daşnakların qarşısında duran əsas vəzifələrdən biri təşkilatın ehtiyacları və getdikcə daha çox əl atdıqları terror aktlarının törədilməsi üçün pul toplanması idi. Bu dövrdəki terror aktları içərisində Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qolitsına qarşı daşnakların hnçaqçılarla birgə törətdikləri sui-qəsd, Bakı general-qubernatora knyaz Nakaşidzenin, general Alixanovun, Qarsda pristav Ş. Laçınbekovun, Yelizavetpol vitse-qubernatoru Andreyevin, qəza başçıları Boquslavski və Şmerlinqin və başqalarının qətlə yetirilməsi diqqəti cəlb edir. "Daşnaksutyun"un 1904-cü ildə Vyanada keçirilən 3-cü qurultayında kəşfiyyat funksiyaları olan gizli "De li" terror təşkilatı yaradıldı, habelə daşnakların müharibə elan etmək hüququ olan mütəşəkkil hərbi təşkilatının əsasını qoyan hərbi nizamnamə qəbul olundu. Partiyanın əsl məqsədi — dənizdən-dənizə "Böyük Ermənistan" yaratmaq niyyəti çoxsaylı proqramlarının heç birində açıqlanmasa da, hərbi təşkilatın və daşnakların istər Osmanlı imperiyası, istərsə də Cənubi Qafqaz ərazisində yerli əhalinin məhv edilməsi və didərgin salınması sahəsində fəaliyyəti onların məhz bu niyyətdə olmalarına şübhə yeri qoymurdu. 1905-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırrımlarda daşnaklar da aktiv iştrak edir, bu məqsədlə onlar əvvəllər Türkiyəyə göndərdikləri "fədailəri" geri çağırır. Daşnaklar Bakı qubernatoru Nakaşidzeni "müsəlmanlara kömək edir" bəhanəsi ilə qətlə yetirir, qubernatoru sonradan "general Dro" kimi tanınan Drastanat Kamayan qətlə yetirir. 1905 il fevralın 6-da Bakıda erməni mauzerçisinin Sabunçu qəsəbəsinin sakini olan azərbaycanlını qətlə yetirməsi o vaxta qədər görünməmiş erməni-azərbaycanlı toqquşmalarının başlanğıcı oldu. Üç gün ərzində hər iki tərəfdən 1000 nəfərə yaxın adam öldürüldü. Daşnaklar türk-müsəlman əhaliyə qarşı soyqırımına ciddi hazırlıq görmüşdülər. 1905 ildə Bakıda daşnaklara məxsus olan gizli silah anbarlarının aşkar edilməsi bunu təsdiqləyir. Əsas zərərçəkənlərin azərbaycanlılar olduğu bu toqquşmaların dalğası bütün Cənubi Qafqaza — Şuşaya, İrəvana, Naxçıvana, Qazaxa, Zəngəzura, Tiflisə yayıldı.
ABŞ türkoloqu Tadeuş Svatxovskinin fikrincə 1905–1906-cı illər ərzində ermənilər azərbaycanlıların yaşadığı 158 yaşayış məntəqəsinə hücum edirlər. 1905-ci ildə daşnaklar İstanbulda sultan II Əbdülhəmidə sui-qəsd təşkil edir, təsadüf naticəsində sultana zərər dəymir, lakin partlayış nəticəsində, 26 nəfər həlak olur 58 nəfər yaralanır.
1906-cı ildə Sofiyada keçirilən koqresdə daşnaklar Rusiyanın siyasi həyatında aktiv iştirak etməyi qərara alırlar. 1907-ci ildə partiyanın büdcəsinin 35%-i (1 milyon frank) terrorçuların silahlandırılması üçün nəzərdə tutulmuşdu. Terror aktının həyata keçirilməsi haqqında qərarı yalnız partiyanın mərkəzi komitələri və məsul təşkilatları qəbul edə bilərdi. Daşnaklar Türkiyədə və Cənubi Qafqazda terror aksiyalarının hazırlanması və həyata keçirilməsi üçün özlərinin xarici bazalarından geniş istifadə edirdilər.
1906–1907-ci illərdə "Daşnaksutyun"un sıralarında bölünmə yarandı. Nəticədə, "mşakçılar" ("Mşak" qəzetinin tərəfdarları) qrupu partiyadan ayrıldı. Onlar kadetlərə yaxın olan mövqedən çıxış edir və partiyanın Rusiyadakı döyüş dəstələrinin buraxılmasını təklif edirdilər. Partiyanın sol qanadı — "gənc daşnaklar" sərt radikal-inqilabi mübarizə üsullarının tərəfdarı idilər. L. Atabekyan, A. Amiryan və C. Bekzadyanın başçılıq etdikləri "gənc daşnaklar" bu zəmində Bakı eserləri ilə yaxınlaşdılar. 1907-ci ildə "gənc daşnaklar" Sosialist İnqilabçılar Partiyası Bakı komitəsi ilə birləşməyi qərara aldılar. Bununla da, daşnaklar beynəlxalq aləmə çıxmağa nail oldular. Eserlərin tövsiyəsi ilə "Daşnaksutyun" 1907-ci ildə II İnternasionala qəbul edildi. "Gənc daşnaklar" ümumrusiya parlament kürsüsünə çıxmaq niyyətilə eserlər və kadetlərlə birgə Zemlya i volya seçki blokuna da daxil oldular. Həmin blok 1907-ci ilin fevralında Rusiya İmperiyasının Dövlət Dumasına seçkilərdə məğlub oldu.
Bu dövrdə daşnaklar fəhlələr arasında, həmkarlar ittifaqlarında və onların milli mənsubiyyət əsasında yaratdıqları mədəni-maarif cəmiyyətlərində güclü iş aparmağa başladılar. Daşnaklar Cənubi Qafqazda üzvlərinin ümumi sayı 10.990 nəfər olan 110 həmkarlar ittifaqı təşkilatı yaratmışdılar. Partiyanın Bakı təşkilatı üzvlərinin sayı 2000 nəfərə çatırdı. 1908-ci ildə isə bütün dünyada "Daşnaksutyun"un 165.000 üzvü var idi. Daşnakların törətdikləri terror aktlarının və basqınların geniş miqyas alması ilə əlaqədar partiyaya qarşı kütləvi həbslər və 1912-ci ildə Peterburqda məhkəmə ilə nəticələnən polis təqibləri başlandı. Nəticədə, 1000-dən çox daşnak sürgünə göndərildi. 1908-ci ildən daşnaklar fəaliyyətlərini inqilab gedən İranda və hakimiyyətə gəlmiş gənc türklərdən muxtariyyət umduqları Türkiyədə davam etdirdilər. Lakin " Daşnaksutyun"un Türkiyədən gözlədikləri ümidlər özünü doğrultmadı və bundan sonra onlar Türkiyə əleyhinə pozucu fəaliyyətlərini Rusiya hakimiyyət orqanları ilə ittifaqda davam etdirməyi qərara aldılar. Qafqaz canişini İ. İ. Voronsov-Daşkov bu işdə daşnaklara ciddi himayədarlıq etdi.
Osmanlı İmperiyasında "gənc türklər" hakimiyyətə qəldikdən sonra daşnaklar müəyyən müddət də olsa yeni qurulmuş türk hökuməti ilə silahlı mübarizədən çəkinir.
1910–11-ci illərdə Sankt-Peterburqda terrorçuluqda günahlandırılan daşnaklar üzərində keçirilmiş məhkəmə prosesi nəticəsində 52 nəfər həbs cəzasına layiq görülür, 4 nəfər isə Sibirə sürgünə gondərilir. Bu proses zamanı daşnaklarım müdafiəçiləri sıralarında Aleksandr Kerenski də var idi.
1912-ci ildə Tiflisdə Erməni Milli Şurası və onun icra orqanı — Milli büro yaradıldı. Milli büronun nümayəndələri canişinin vasitəçiliyi ilə müharibə baş verdiyi halda, Türkiyə ərazisində Rusiya, İngiltərə və Fransanın protektoratı altında muxtar Ermənistan yaradılması barədə Rusiya hakimiyyət orqanlarından vəd almağa nail oldular. "Daşnak-sutyun"un 4-cü qurultayında bütün "zinvorların" (daşnak yaraqlıları) Qafqazdan Türkiyə ərazisinə göndərilməsi qərara alındı. Müsəlman əhalisini Rusiya əleyhinə üsyana qaldırmaq və beləliklə, onları kütləvi repressiyalara məruz qoymaq məqsədilə daşnakların panislamizm emissarları sifətilə Qafqaza göndərilməsi kimi məkrli plan da qəbul edildi. Onlar buna qismən nail oldular.
Birinci Dünya müharibəsində