Oluvafikayomi Oluvadamilola "Fikayo" Tomori () — İngiltərəli peşəkar futbolçu. İtaliyanın Milan klubunda və İngiltərə milli futbol komandasında çıxış edir.
Klub karyerası
Çelsi FK Tomori Çelsi FK komandasına 8 yaşı olarkən qoşulub və Çelsinin Akademiya sistemi vasitəsilə əsl futbolçuya çevrilib. O, 2015 və 2016-cı illərdə Çelsi klubu ilə həm UEFA Gənclər Liqasında, həm də Əvəzedici Heyətlərin Gənclər Çempionatında geri çəkilməyərək birinci yeri qazanıb. Bununla da Tomori Çelsinin bir parçası olduğunu sübut edib.
11 may 2016-cı ildə Tomori Çelsi FK klubu ilə Liverpul FK klubu arasındakı görüşdə ehtiyat skamyasında akademiyanın əməkdar futbolçuları olan Temi Abraham və Keysi Palmer ilə birlikdə əyləşmişdirlər. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır, lakin Tomori Enfilddəki oyunda meydana çıxa bilmədi. 15 may 2016-cı ildə Tomori Premyer Liqanın son oyununda Çelsi ilə Liqanın çempionu Lester Siti FK arasındakı oyunda debüt etmişdir. Tomori oyunda Branislav İvanoviçi 60 dəqiqə əvəz etmişdir. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır.
Milli karyerası Tomori özü İngiltərədə anadan olsa da, valideynləri kiçik yaşlarından Tomori ilə birlikdə Kanadanın Kalqari şəhərinə köçürlər. Tomori həm də Kanada vasitəsilə Nigeriyanı beynəlxalq səviyyədə təmsil etmək hüququna malikdir. 27 mart 2016-cı ildə Tomori ilk milli komanda oyununa çıxdı. Həmin görüşdə Kanada U20 İngiltərə U20 2–1 hesabı ilə qalib gəldi. Bu qələbədən sonra Tomori Kanada U20-nin kapitanı seçildi. 16 may 2016-cı ildə peşəkar klubu ilə debüt etdikdən sonra Tomori növbəti beynəlxalq fasilədə İngiltərə U19-a çağırıldı.
Karyera statistikası 15 may 2016-cı il məlumatlarına əsasən. KlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolÇelsi2015–16Premyer Liqa1000000010Ümumi karyera1000000010
Uğurları
Klub Çelsi FA Gənclər Kuboku: 2014–15, 2015–16 UEFA Gənclər Liqası: 2014–15, 2015–16
İstinadlar
Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Brayton end Houv Albion FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları