— Şinonun rəssamlığı ilə Yuu Kamiya və Tsubaki Himana tərəfindən yazılan ranobe seriyası. 2 aprel 2013-cü ildən bu yana Kodansha nəşriyyatının Kodansha Ranobe Bunko imprinti altında 4 cildi çapdan çıxmışdır. Kuronun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası isə 2013-cü ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Sirius" şonen manqası jurnalında nəşr olunur. Manqanın 5 tankobon cildi çapdan çıxmışdır. Anime adaptasiyasının 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır.

Məzmun Hadisələr tamamilə dağılmış və saat mexanizmi ilə tamamilə yenidən tikilmiş dünyada baş verir. Bir gün Naoto Miura adlı lisey şagirdi gözlənilmədən bir avtomat qızla rastlaşır.

Personajlar

Media Ranobe İlk ranobe cildi 2 aprel 2013-cü ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 29 dekabr 2015-ci ilə kimi dörd cildi çapdan çıxmışdır.

Anime Anime adaptasiyası 2015-ci ilin dekabrında anons edilmiş, 2016-cı ilin dekabrında anime serialı adaptasiyası olacağı təsdiqlənmişdir. Anime Xebec studiyası tərəfindən çəkilir və 2017-ci ilin aprelindən TBS və BS-TBS kanalları vasitəsilə yayımlanması planlaşdırılır. Tsuyoşi Naqasava rejissor, Kenci Suqihara ssenarist, Şuiçi Şimamura personaj dizayneri, Kenci Teraoka mexaniki dizayner, Şu Kanematsu, Hanae Nakamura, Kaori Nakano və Satoşi Hono bəstəkarlardır.

Animenin açılış mahnısı fripSide tərəfindən ifa olunacaq.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Kodansha manqaları Kateqoriya:Xebec Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:J-Novel Club Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları Kateqoriya:Seynen manqaları