Ümumdünya Turizm Günü () — Hər il 27 sentyabr tarixində qeyd edilən əlamətdar gün.Bu gün Ümumdünya Turizm Günüdür . publika.az, 27.09.2014

Tarixi Ümumdünya Turizm Gününün qeyd olunduğu tarix Ümumdünya Turizm Təşkilatının tarixi ilə bağlıdır. Belə ki, 1925-ci ildən İsveçrənin Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən bu beynəlxalq turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı İspaniyanın paytaxtı Madrid şəhərinə köçən bu təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Hazırda dünyanın 150-dən çox ölkəsində hər ilin 27 sentyabr tarixi turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.

Ümumi xarakterli ilk təşkilat 1925-ci ildə yaradılmış turizm təbliğinin rəsmi assosiyalarının Beynəlxalq Konqresidir. O, 1927-ci ildə rəsmi Turizm Təşkilatlarının Beynəlxalq Konqresi, 1930-cu ildə isə turizmin təşkili və Təbliğinin Beynəlxalq İttifaqı adını almışdır. 1947-ci ildə ardıcıl olaraq dəyişən sadalanmış turizm strukturlarının bazasında beynəlxalq qeyri-hökumət təşkilatlarının Beynəlxalq İttifaqı (KTTBİ) təsis edilmişdir. 1969-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən qeyri-hökumət təşkilatı BRTTİ-nin hökumətlərarası Ümumdünya Turizm Təşkilatına çevrilməsinə səbəb oldu. 1970-ci ilin sentyabr ayında KTTBİ-nin fövqalədə Baş Assambleyasının iclasında (Meksika) bu ittifaqın adının dəyişib hökumətlərarası turizm təşkilatı - Ümumdünya Turizm Təşkilatı adı alması məsələsinə baxılmışdır. ÜTT-nin Nizamnaməsi 1970-ci il sentyabr ayının 27-də qəbul edilmişdir.

1975-ci ildə Madrid şəhərində (İspaniya), Ümumdünya Turizm Təşkilatının Birinci Baş Assambleyası keçirildi və Robert Lonati Təşkilatın Baş Katibi seçildi. Həmin il rəsmən BMT-nin beynəlxalq ixtisaslaşmış təşkilatı - ÜTT-nin yaranması ili hesab edilir. 1980-ci ildə ildə keçirilmiş 2-ci Baş Assambleyasında hər il sentyabrın 27-nin “Beynəlxalq Turizm Günü” kimi qeyd olunması qərara alındı.

İstinadlar

Xarici keçidlər World Tourism Day World Tourism Day and other major events World Tourism Day Greetings and Messages, SMS Collection Sangam University Bhilwara Rajasthan — World Tourism Day 2012

Kateqoriya:Beynəlxalq günlər Kateqoriya:BMT beynəlxalq günləri Kateqoriya:27 sentyabrdakı bayramlar Kateqoriya:Ümumdünya Turizm Təşkilatı