() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Arealı Təbii halda Qərbi Zaqafqaziyada (Anapadan Pitsundaya kimi) dəniz sahilində və dağ yamaclarında bitir.
Botaniki xarakteristikası Hündürlüyü 18–24 m-ə, gövdəsinin diametri 40 sm-ə çatan düzdayanan, qonur-boz qabıqlı yaraşıqlı ağacdır. Çətiri şaxələnmiş, seyrək, cavan ağaclarda yığcam, qoca ağaclarda dağınıqdır. Budaqları qonur-qırmızı və ya qonur-sarıdır. İynəyarpaqları açıq-yaşıl, nazik, tikanlı olub, 10–16 sm uzunluğundadır, kənarları nahamar, bizvaridir. Xırda yarpaqları yumru, dişli, qırmızı-sarıdır, ortasında yaşıl xallar vardır. Qozaları tək-tək və ya 2–3, bəzən 4 ədədi bir yerdə olmaqla qısa ayaqlarda və ya oturaq yerləşir. Qozaları üfüqi əyilmiş, yumurtaşəkilli-konusşəkillidir, uzunluğu 10 sm-ə qədərdir, qonur-qırmızı, parlaq, xırda pulcuqları hamardır. Bir sıra bioloji və ekoloji əlamətlərinə görə Eldar şamına oxşayır. Tezböyüyən və yamaclarda meşə salmaq üçün yararlı olan dekorativ ağacdır. Tərkibində olan efir yağlarından bir çox xəstəliklərin: revmatizmin, bədxassəli şişlərin, oynaqlardakı ağrıların, sümük toxuması xəstəliklərinin müalicəsində, həmçinin sənayedə boyayıcı maddə kimi istifadə olunur.
Azərbaycanda yayılması Quraqlığa, şaxtaya, torpağın duzluluğuna davamlıdır, Abşeronun isti yay günlərini yaxşı keçirir. Azərbaycanda Abşeron, Lənkəran, Zaqatala və Gəncədə bağ və parklarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Həssas növlər