— Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialı. Anime serialının rejissoru Ey Aoki, ssenaristləri isə Akira Hiyama və Akihiro Yoşidadır. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Anime üçün musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi əldə etmək üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsi animenin mövzusudur.

Eyniadlı ranobe əsasında anime serialının çəkiləcəyi "Young Ace" jurnalının 2011-ci il fevral buraxılışının reklamı vasitəsilə anons edilmişdir. "Fate/Zero"-nun istehsalında Aniplex və Nitroplus da iştirak etmişdir. 1 oktyabr 2011-ci ildə Tokyo MX, Tochigi TV, Gunma TV və BS11 kanalları vasitəsilə, növbəti tarixlərdə isə TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ və Kids Station kanalları vasitəsilə göstərilməyə başlamışdır. Daha keyfiyyətli iş ortaya çıxarmaqdan ötrü anime serialı iki mövsümə bölünmüşdür: birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi, ikinci mövsüm 7 apreldən 23 iyun 2012-ci ilə kimi davam etmişdir. Yaponiyada animenin iki Blu-ray boks-seti və 9 DVD-si (rental formatda) buraxılmışdır.

Anime serialı 1 oktyabr 2011-ci ildə Aniplex of America tərəfindən Niconico Live və Niconico Channel xidmətləri vasitəsilə 8 dilli subtitrlarla yayımlanmağa başlamışdır: koreya, çin (ənənəvi və sadələşdirilmiş), ingilis, fransız, alman, italyan və ispan. Anime serialının ilk iki seriyası 15 oktyabr 2011-ci ildə Nyu-York Anime Festivalında, 14-cü və 15-ci seriyaları 2012-ci ilin aprelində Sietl şəhərindəki Sakura tədbirində nümayiş etdirilmişdir. Crunchyroll 8 oktyabr 2011-ci ildə animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiyada yayımlamağa başlamışdır. Bundan əlavə, anime Hulu və Crackle (Animax tərəfindən) vasitəsilə də yayımlanmışdır.

2011-ci ilin noyabrında Aniplex of America animeni Şimali Amerikada buraxacağını açıqlamışdır. Aniplex of America Yaponiyada buraxılmış Blu-ray boks-setlərini Şimali Amerikada buraxmışdır. 2013-cü ilin fevralında Aniplex of America animeni ingilis dilinə dublaj edəcəyini açıqlamışdır. Animenin ingilis dilinə dublaj edilmiş versiyası 19 aprel 2013-cü ildə Viz Media-nın Neon Alley xidməti vasitəsilə yayımlanmağa başlamışdır. Daha sonra Aniplex of America dublaj edilmiş animeni Şimali Amerikada məhdud nəşrlə iki BD/DVD boks-seti şəklində buraxmışdır. 2013-cü ilin aprelində Madman Entertainment animeni Avstraliya və Yeni Zelandiya regionu üçün lisenziyalaşdırdığını anons etmişdir. Madman Entertainment 9 avqust 2013-cü ildə AnimeLab xidməti vasitəsilə anime serialını yayımlamağa başlamışdır. Madman Entertainment Avstralasiya regionunda animeni Blu-ray və DVD formatlarında buraxmışdır. Böyük Britaniyada anime 2014-cü ildə MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. MVM Films 2014-cü ildə animeni Blu-ray (iki hissə) və DVD (iki hissə) şəklində buraxmışdır.

Birinci mövsümün açılış mahnısı LiSA tərəfindən ifa olunan "Oath Sign" mahnısı, bağlanış mahnısı Aoi Eyr tərəfindən ifa olunan "Memoria" mahnısı olmuşdur. İkinci mövsüm üçün açılış mahnısı kimi Kalafina tərəfindən ifa olunan "To the beginning" mahnısı, bağlanış mahnısı kimi isə Luna Haruna tərəfindən ifa olunan mahnısı səsləndirilmişdir. 18-ci və 19-cu seriyaların bağlanış mahnısı Kalafina tərəfindən ifa olunan mahnısı olmuşdur.

Seriya siyahısı I mövsüm Azərbaycanca adı Yaponca adı Rejissor(lar) Ssenarist(lər) Yayım tarixi

II mövsüm Azərbaycanca adı Yaponca adı Rejissor(lar) Ssenarist(lər) Yayım tarixi

Media Yaponca buraxılış Yaponiyada animenin iki Blu-ray boks-seti buraxılmışdır. Hər iki boks-set 7 diskdən ibarətdir. İkinci boks-setə animenin iki 13 seriyası üçün xülasə təşkil edən iki hissəlik "Fate/Zero Remix" adlı anime əlavə olunmuşdur.

+ Aniplex (Yaponiya, Region 2) Boks-set SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI hissə1–13Yoxdur7 mart 2012II hissə14–25Yoxdur9 sentyabr 2012

İngiliscə buraxılış Aniplex of America animeni Şimali Amerikada iki Blu-ray boks-seti şəklində buraxmışdır. Aniplex of America daha sonra animeni ingilis dilinə dublaj edib 2013-cü ildə iki BD/DVD boks-setində buraxmışdır. 2016-cı ilin avqustunda boks-setləri 25 oktyabr 2016-cı ildə yenidən buraxacağını açıqlamışdır. Bundan əlavə, "Fate/Zero" Böyük Britaniyada MVM Films tərəfindən, Avstraliya və Yeni Zelandiyada isə Madman Entertainment tərəfindən buraxılmışdır.

+ Aniplex of America (Şimali Amerika, Region 1) Boks-set SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI hissə (import)1–13Yoxdur3 mart 2012II hissə (import)14–25Yoxdur19 sentyabr 2012I hissə1–1311 may 201311 may 2013II hissə14–2531 dekabr 201331 dekabr 2013

+ MVM Films (Avropa, Region 2) Boks-set SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI hissə1–1318 aprel 201412 may 2014II hissə14–2526 may 201423 iyun 2014I hissə (Collector's Edition )1–1328 aprel 2014Yoxdur

+ Madman Entertainment (Avstralasiya, Region 4) Kolleksiya SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI hissə1–1319 fevral 201419 fevral 2014II hissə14–2516 aprel 201416 aprel 2014

Fransızca buraxılış Anime Kazé tərəfindən Fransada iki BD/DVD boks-seti şəklində buraxılmışdır (fransızca subtitrlarla). Birinci boks-set 4 diskdən, ikinci boks-set 1 diskdən ibarətdir.

+ Kazé (Fransa, Region 2) Boks-set SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI hissə1–133 oktyabr 20123 oktyabr 2012II hissə14–252 yanvar 20132 yanvar 2013

Fate/Zero: Onegai! Einzbern Soudanshitsu Kinoko Nasunun ssenaristliyi ilə Ufotable tərəfindən istehsal olunmuş bonus seriyalardır. Blu-ray boks-setləri ilə birlikdə buraxılmışdır. Birinci boks-setə ilk 3 seriya, ikinci boks-setə isə qalan 3 seriya daxil edilmişdir.

Görünən personajlar Buraxılış tarixi

Qeydlər

Xarici keçidlər

Kateqoriya:Anime seriyalarının siyahıları Kateqoriya:Fate/stay night Kateqoriya:2011-ci il televiziya mövsümləri‎