Man In The Mirror – Qlen Ballard və Siedah Garrett tərəfindən yazılmış və Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Ceksonun ifasına Kuinsi Cons və Cekson özü prodüserlik etmişdir. 1988-ci ilin yanvarında Ceksonun yeddinci solo albomu olan “Bad”dan dördüncü sinql kimi satışa çıxarılan mahnı qısa zamanda ABŞ hit-paradlarında birinciliyə yüksəlmişdir. Ceksonun ən ciddi işlərindən biri kimi dəyərləndirilən mahnı, İlin Ən Yaxşı Səsyazması kateqoriyasında Qremmi mükafatına namizəd göstərilmişdir.
Mahnı iki həftə “Billboard Hot 100” hit-paradına rəhbərlik etmişdir. 1988-ci ildə “UK Singles Chart”da 21-ci yerdə qərarlaşan mahnı, 2009-cu ildə Maykl Ceksonun ölümündən sonra həmin hit-paradda 11–ci yerə kimi yüksəlmişdir. ABŞ və BK-da 1.3 milyon nüsxədən çox onlayn satış uğuru əldə edən mahnı iTunes yükləmələrində də birinci yerə yüksəlmişdir.
Kompozisiya
“Man in the Mirror” Qlen Ballard və Siedah Garrett tərəfindən bəstələnmişdir. Cekson mahnıya Garret, The Winans və Andre Krauç Xorunun fon ifasını əlavə etmişdir ki, bu da mahnıya xarakterik səslənmə vermişdir. Bu mahnı Ceksonun ən sevimli mahnılarından biri olmuşdur. Mahnını qospel xoru ilə aranjiman edən Cekson sonradan "Will You Be There" mahnısında da bu üsuldan istifadə etmişdir. Siedah Garrett 1987-ci ilin yayında Ceksonla birlikdə həm də "I Just Can't Stop Loving You" mahnısını ifa etmişdi. Mahnı G Major açarında və 100bpm tempoda ifa edilir. Vokall diapazonu Ab3-C6-dır.
Tənqidçilərin mövqeyi
Allmusic redaktoru Stefan Tomas Erlyuin qeyd edir ki, bu mahnı Mayklın ən zəif tərəflərini göstərir və onu albomda təqdim edir. Mahnını şərh edən Ed Hoqan isə “incə” sözündən istifadə edir. Robert Kristqau yazır: “O, oğurluğa, sürətin artırılmasına və güzgüdəki insanı dəyişərək dünyanın harmonikliyini dəyişən seksə qarşı çıxır.” “The New York Times”dan Con Pareles qeyd edir ki, bu mahnı “qospel xüsusiyyətlərinə” malikdir. “Rolling Stone”dan Davit Sigerson bildirir ki, “Man in the Mirror” Ceksonun ifaları arasında ən yaxşılarından biridir və davam edir: “Man in the Mirror” mahnısını Cekson özü yazmasa da, o, bir addım geri çəkilərək peyğəmbər kimi nəsihət edir: “Mən güzgüdəki adamdan başlayıram/Mən ondan yolunu dəyişməsini xahiş edirəm/Və heç bir mesaj bu qədər aydın deyil/Əgər sən dünyanı daha yaxşı yerə çevirmək istəyirsənsə/Əvvəlcə özünə bax, sonra isə dəyişiklik et.”
Musiqi videosu
Mahnının musiqi videosu Ceksonun digər musiqi videolarından fərqlidir, çünki burada Ceksonun özü görünmür (yalnız videonun sonunda kütlənin içində durmuş qırmızı gödəkcəli insan Cekson olduğu güman edilir). Videoda Krossroad əməliyyatı, Vaşinqtona yürüş, Con və Robert Kennedilərə qarşı sui-qəsd, Vyetnam müharibəsi, Kent Universitetində silahlı basqın, Amerikan girovların İrandan qaçırılması, Solidarnost birliyinin qurulması və böyüməsi, Efiopiyada aclıq, ABŞ-də evsizlik problemi, Live Aid, Villi Nelsonun iştirakı ilə Farm Aid, Cessika MakKların xilas edilməsi, Kemp-Devid müqaviləsi (Ənvər Sadat, Menaxem Begin və Cimmi Karterin iştirakı ilə), Orta və yaxın mənzilli raketlərin likvidasiyası haqqında danışıqlar (Mixail Qorbaçov və Ronald Reyqanın iştirakı ilə), həmçinin, Martin Lüter Kinq, Lex Valensa, Tereza Ana, Desmond Tutu, Mahatma Qandi, Roza Parks, Nelson Mandela, Piter Villem Bota, Müəmmər əl-Qəzzafi, Ku Kluks Klan və Adolf Hitlerin iştirakı ilə baş vermiş digər hadisələr kimi XX əsrin mühüm tarixi hadisələrinin videomontajları yer alır.
Mahnının PCM Stereo musiqi videosu versiyası “Number Ones”, “Michael Jackson's Vision”, Target versiyası və 1989-cu ildə çıxarılmış VHS versiyası isə “Bad 25” DVD albomlarına daxil edilmişdir.
Ceksonun “Bad Dünya Turu” zamanı baş tutmuş konsertlərdə yazılmış canlı audio və video görüntülər Ceksonun “Moonwalker” filminin açılışında istifadə olunmuşdur.
Hit-parad göstəriciləri
"Man In The Mirror" Ceksonun “Bad” albomundan olan dördüncü sinql idi ki, ABŞ-də birinci yerə yüksəlirdi. 6 fevral 1988-ci ildə sinql “Billboard Hot 100” hit-paradında 48-ci yerdə debüt edir, səkkiz həftə sonra, 26 mart 1988-ci ildə isə birinciliyə yüksəlir və iki həftə mövqeyini qoruyur. 1988-ci ildə BK-da sinql 21-ci yerə yüksəlir. Lakin Ceksonun ölümündən sonra, 25 iyun 2009-cu ildə “Man in the Mirror” yenidən, bu dəfə 11-ci yerdə BK hit-paradına daxil olur və 2-ci yerə kimi yüksələrək yalnız Cascadanın "Evacuate the Dancefloor" mahnısından geri qalır. Bu mahnıdan başqa həmin ərəfədə hit-paradın top 40 hissəsində Ceksonun daha 12 mahnısı yer almışdı. Bu mahnı isə ardıcıl olaraq 15 həftə top 100-də qala bilmişdi.
Avstraliyada mahnı 39-cu yerə kimi yüksəlmişdi. Müğənninin ölümündən sonra yenidən hit-parada daxil olan mahnı səkkizinci yerə kimi yüksəlmişdir ki, bu da ilk çıxarıldığı vaxt mahnının əldə etdiyi uğurdan daha böyük uğur idi. Mahnı həm də iTunes yükləmə nəticələrinə görə ABŞ və BK-da birinci yerə yüksəlmişdir.
Charts
Hit-parad (1988)YüksəldiyiyerAvstraliya (Kent Music Report)39Belçika (VRT Top 30 Flanders) 11Kanada (RPM Adult Contemporary)1Kanada (RPM 100 Singles)3İrlandiya (IRMA) Only results when searching "Man in the mirror"3İtaliya (FIMI) 24Polşa (Polish Singles Chart)7BK (Official Charts Company)21ABŞ Billboard Hot 1001ABŞ Billboard Hot Adult Contemporary2ABŞ Billboard Hot Dance Music/Maxi-Singles Sales39ABŞ Billboard Hot R&B/Hip-Hop Singles1
Hit-parad (2008)YüksəldiyiyerBK (Official Charts Company)55 Hit-parad (2009-2010)YüksəldiyiyerBelçika (Back Catalogue Singles Flanders)6Eurochart Hot 1007Hot Canadian Digital Singles7Ireland (IRMA)3Japan Hot 10065BK (Official Charts Company)2UK R&B Chart1US Billboard Hot Digital Songs2
Canlı ifalar
1988-ci ildə Qremmi Mükafatlarının təqdim edilməsi mərasimində Cekson ilk dəfə mahnının genişləndirilmiş canlı versiyasını ifa etmişdi. Həmçinin “Bad” Dünya Türnesinin ikinci mərhələsində konsertlərin sonunda və “Dangerous” Dünya Türnesi zamanı da Cekson mahnını canlı ifa etmişdir. Mahnının canlı versiyaları “Live at Wembley July 16, 1988” və “Live in Bucharest: The Dangerous Tour” konsert videolarında yayımlanmışdır. 16 iyul 1998-ci ildə xeyriyyə məqsədli “Royal Concert Brunei” zamanı Cekson sonuncu dəfə mahnını canlı ifa etmişdir.
Maykl Ceksonla vida mərasimində, tabutun salondan çıxarılması zamanı mahnının instrumental versiyası səsləndirilmişdir; Bu zaman boş və qaranlıq səhnədə yalnız mikrofon işıqlandırılmışdı. Mahnının sədaları altında ibadətin tamamlanmasından sonra səhnədə yalnız işıqlandırılmış mikrofon qalmışdı. Note: The poster of the video added the segment of the song at the end of the video after the prayer. Mahnı həm də Ceksonun sonuncu albomu olan “This Is It”ə daxil edilmişdi.
Kompozisiya siyahısı
12" və CD "Man in the Mirror" (single version) – 5:00 "Man in the Mirror" (album version) – 5:19 "Man In The Mirror" (instrumental) – 5:00
7" Man in the Mirror (single version) - 5:00 Man in the Mirror (instrumental) - 5:00
Video sinql Man in the Mirror (music video) - 5:00 Ümumi vaxt: 5 dəqiqə 30 saniyə
Kover versiyalar
1990: Oklohamalı gitaraçı Tak Andress özünün “Reckless Precision” albomu üçün mahnının akustik instrumental versiyasını yazdırmışdır. 2003: Amerikalı musiqi yazarı və ifaçı, həmçinin mahnının da bəstəkarı olan Sedah Garret özünün “Siedah” adlı ikinci albomu üçün mahnının akustik versiyasını ifa etmişdir. 2011: Garrett Mərakeşdə “Mawazine Festivalı” zamanı mahnını ifa etmişdir. 2005: mahnı “Rythme Fatal” və “Redd Angel” tərəfindən “Man in the Mirror” albomu üçün ifa edilmişdir. 2008: ingilis musiqiçi Ceyms Morrisson mahnını ifa etmişş və bu ifa onun “Songs for You, Truths for Me” adlı ikinci albomunun deluxe versiyasına daxil edilmişdir. 2011: Patrik Stamp mahnını akapella şəklində ifa edərək Ceksonun digər mahnıları işə mash-up təqdimat hazırlamışdır. 2011: Fox TV-də yayımlanan “Xor” serialının üçüncü mövsümünün “On altıncıya qədər tutun” adlı səkkizinci seriyasında mahnı ifa edilmişdir. 2011: Nyu-York akapella qrupu olan “Duwende” mahnını ifa etmişdir. 2012: Abraham Lim “Xor Layihəsi” reality-şousunun ikinci mövsümündə mahnını ifa etmişdir. 2012: YouTube ulduzların Castin Robinett və Maykl Henri “MHJR Classics Series” layihəsinin tərkib hissəsi kimi mahnını ifa etmişlər. 2012: “Almaniyanın Səsi” layihəsinin iştirakçısı və musiqiçi Gil Ofraim mahnının akustik studio versiyasını yazdırmışdır.
İstifadə/remixlər
2006: Bruklinli hip-hop musiqiçisi Papoose “The Boyz in the Hood” mixteypinə daxil olan “Gonna Make a Change” mahnınının yazılması zamanı “Man in the Mirror” mahnısından istifadə etmişdir. 2008: Çikaqolu repçi Rhymefest mahnıdan “Mark Ronson Presents: Man in the Mirror” adlı mixteypində istifadə etmişdir. "Ronson teamed up with Chicago super-emcee Rhymefest for Man In The Mirror, a tribute album built upon samples from the King Of Pop himself, Michael Jackson."
Canlı kover versiyalar
1980-ci illər 1989: ABŞ müğənnisi Dionna Varvik mahnını “Soul Train” Musiqi Mükafatlarının təqdimatında ifa etmişdir. 2000-ci illər 2007: Avstraliya müğənnisi, həmçinin “Australian İdol” yarışmasının beşinci mövsümünün qalibi kimi tanınan Natali Gauci mahnını şou zamanı ifa etmişdir. 2008: Mahnı “The X Factor” yarışmasının beşinci mövsümündə iştirakçı Diana Vikers tərəfindən ifa edilmiş və bundan sonra yenidən hit-parada daxil olmuşdur. 2009: İştirakçı Danil Conson həmin yarışmanın altıncı mövsümündə mahnını ifa etmişdir. 2009: “American İdol” yarışmasının səkkizinci mövsümünün qalibi Kris Allen yarışmanın yarımfinalında mahnını ifa etmişdir. 2009: Ceksonun ölümündən sonra irland rok qrupu U2 özlərinin “360 World tour” çərçivəsində "Angel of Harlem" mahnısının sonunda “Man in the Mirror” mahnısını ifa etmişdir. 2009: ABŞ rok qrupu “The Fray” mahnının xorundan iki dəfə - 25 iyunda Ceksonun ölən günü “Nevər Say Never” mahnısında və bir ay sonra “Look After You” mahnısında istifadə etmişdir. 2009: 2009 Nobel Sülh Mükafatı Konsertinin finalında mahnı müxtəlif ifaçılar tərəfindən səsləndirilmişdir. İfaçılar arasında Vayklef Jan, Tobi Keyt və “Westlife” qrupu da olmuşdur. 2009: İsveç müğənnisi Eddi Razaz mahnını İsveçrənin “Idol” yarışmasında ifa etmiş və bu ifa “Swedish Idol Compilation 2009” albomuna daxil edilmişdir. 2009: ingilis müğənnisi və mahnı müəllifi Emi Studt mahnını 2009-cu il akustik turu çərçivəsində ifa etmişdir. 2009: Çin mənşəli ABŞ müğənnisi Lihom Vanq özünün “Music-Man” turnesi çərçivəsində Pekinin İşçilər Stadionunda baş tutmuş konsert zamanı, 22 avqustda mahnını ifa etmiş, həmin gün CD sinql şəklində mahnı pulsuz şəkildə dinləyicilərə təqdim edilmişdir. 2009: italyan müğənnisi Marko Menqoni İtaliya X Factor yarışmasının üçünücü mövsümü zamanı birinci canlı efirdə mahnını ifa etmişdir. Mahnı sonradan studiyada yazılmış və müğənninin “Dove si vola” adlı debüt albomuna daxil edilmişdir. 2009: ABŞ rok qrupu The All-American Rejects “Kidd Kraddick in the Morning show” verilişində mahnının xorunu “Gives Your Hell” mahnısı ilə ifa etmişdir. 2010-cu illər 2010: ABŞ R&B müğənnisi Vitni Hyuston “I Look to You” turnesi çərçivəsində Moskvanın Olimpiyski stadionunda baş tutan konsert zamanı mahnını ifa etmişdir. 2010: Ceksonun ölümündən sonra, The Liaison pop-rok qrupu bir neçə konsertində mahnını ifa etmişdir. 2010: ABŞ pop müğənnisi Kris Braun 2010-cu il BET Mükafatlarının təqdim edilməsi mərasimində Maykl Ceksona həsr edilmiş çıxışı zamanı mahnını ifa etmişdir. Lakin səhnədə onu ağlamaq tutduğundan ifasını tamamlaya bilməmişdir. 2010: “American idol” yarışmasının IX mövsümündə yarışmaçı Cermeyn Sellers mahnını Hollivud həftəsində ifa etmişdir. 2011: Kanada müğənnisi Selin Dion Las Veqasda baş tutmuş “Celine” adlı şousunda mahnını ifa etmişdir. 2011: “American İdol” yarışmasının X mövsümündə iştirakçı Ceykob Lusk “Roknroll Şərəf Xiyabanı” həftəsində mahnını bəstəkar Siedah Garretlə birgə ifa etmişdir. 2011: “Səs” şousunun finalında “Maaron 5” qrupunun vokalçı və gitaristi Adam Levin və müğənni Xavier Kolon mahnını ifa etmişlər.