Tarentli Arxit (yun. Ἀρχύτας ὁ Ταραντίνος, m. ö. 428 – 347) — yunan filosofu, pifaqorçular məktəbinin təmsilçisi, Filolausun öyrəncisi olmuşdur.

Həyatı Arxitas, siyasətlə məşğul olmuş və yüksək hərbi vəzifələrdə çalışmışdır. Arxitas Cənubi İtaliyaya gələn Platonu Siciliya hökmdarı II Dionusiusun qəzəbindən qoruya bilmişdir.Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 369. Bundan sonra Platon onun yaxın dostu olmuşdur.

Onun zamanımıza yalnız fraqmentlərlə çatan "Riyazi elmlər" və "Söhbətlər" əsəri bilinməkdədir.

Arxitasın fəlsəfi fikirləri haqqında zamanımıza çox az bilgi çatmışdır. Məlumdur ki, o kainatın sonsuz olmasını iddia edirdi. Arxitas əsasən həndəsə elmində böyük uğurlar qazanmış, bir necə qanunlar kəşf etmiş, ilk dəfə mexanizmlərin həndəsi rəsmini vermişdir.Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 369-370.

Mənbə

Ədəbiyyat

Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.

Həmçinin bax Pifaqor Pifaqorçular məktəbi Neopifaqorçuluq

İstinadlar

Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:İxtiraçılar Kateqoriya:Musiqi Kateqoriya:Qədim Yunanıstan riyaziyyatçıları Kateqoriya:Qədim Yunanıstan sərkərdələri Kateqoriya:Sokrataqədərki filosoflar