Uça İlya Malakiyeviç Caparidze (; ) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981).
Həyat və yaradıcılığı Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir. 1944-cü ildən professor, 1942–1948-ci illərdə direktor olmuşdur. Azərbaycan rəssam kadrlarının hazırlanmasında xidməti olmuşdur. Uça Caparidze 1988-ci ildə Tbilisidə vəfat etmişdir.
Mənbə
Kateqoriya:Tbilisi Rəssamlıq Akademiyasının məzunları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:Gürcüstan SSR əməkdar incəsənət xadimləri