thumb|350pxpx|Kabo-Verdenin topoqrafik xəritəsi Kabo-Verde () və ya rəsmi adı ilə Kabo-Verde Respublikası () — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyniadlı adalarda yerləşən dövlət. Ölkə 10 ada və 8 adacıqdan ibarət arxipelaq adalar qrupudur. Ən böyük üç adası Santyaqo, Santo Antao və Boa Vistadır. Paytaxtı Santyaqo adasındakı Praya şəhəridir. Böyük adalar 50–60 km uzunluğundadır. Ölkənin adı 1986-cı ilə qədər rəsmi şəkildə digər dillərə, həmçinin azərbaycan dilinə Yaşıl Burun Adaları Respublikası kimi tərcümə edilirdi.

Tarixi 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrikaya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır. İqtisadiyyat hər istiqaməti ilə Portuqaliyadan asılıdır. Adalarda yaşayan əhalidən daha çox Yaşılburunlu ABŞ, Portuqaliya , Anqola başda olmaqla bəzi Avropa və Afrika ölkələrinə köç etmişdir.

Coğrafiyası Qərb Afrikaya daxil edilən Atlantik Okeanında bir ada dövlətdir. İqlimi mülayim və sərt temperatur ilə həddindən artıq quraqlıq olur. Yağışlar davamlı olmayıb, periodik quraqlıqlara səbəb olur. Adalar vulkanik mənşəlidir, əsasən düzənlik və alçaq bölgələrdən ibarətdir. Ölkənin ən yüksək nöqtəsi 2829 m mütləq yüksəkliyə malik olan Foqu vulkanıdır. Duz, bazalt qayalıqları, pozzuolana (silisli vulkanik tullantılar, su təzyiqli sement istehsalında istifadə olunur), əhəng daşı, kaolin, balıq ölkənin başlıca təbii qaynaqlarıdır. Uzun davamlı quraqlıqlar, görünüş çirkliliyi yaradan küləklər, vulkanik və seysmik fəaliyyətlər ölkə üçün təhlükə yaradır.

Əhali Adanın əhalisi 429.000 olub əhali üçdə ikisindən çoxu Avropalı ağlarla Afrikalı zəncilərin qarışığından əmələ gəlmiş Mulattolardan ibarətdir. Yerdə qalanı isə Avropalı ağlar və Afrikalı qaralardandır. XX əsrdə bir neçə dəfə aclıqla qarşılaşan adalıların böyük bir qismi həyatlarını başqa ölkələrdə davam etdirmək üçün köç ediblər. Hazırda ölkə vətəndaşlarının az qala iki qatı xaricdə yaşayır. Dini inanc olaraq əksəriyyət katolik olsa da protestantlar da var. Ölkədə Portuqal (rəsmi) və Crioli (KREOLE) dilləridə danışılır.

İqtisadiyyat İqtisadiyyata ümumi baxış: Kabo-Verdenin adam başına düşən ümumdaxili məhsulun aşağı olmasının səbəbləri kasıb təbii qaynaqları, ciddi su çətinliyi və uzun müddətli quraqlıqlardır.

Adam başına düşən milli gəlirin 70%-ni təşkil edən ticarət, nəqliyyat və xidmət sektorları ölkənin xidmətə söykənən iqtisadiyyatını meydana gətirir.

İqtisadiyyatın əsas sahələri — balıqçılıq, kənd təsərrüfatı və turizmdir.

Ölkə əhalisinin 70%-nə yaxın hissəsi çöl bölgələrdə yaşasa da, əkinçiliyin 1995-ci il ümumdaxili məhsuldakı payı balıqçılığın 1,5%-ni təşkil etdiyi 8% nisbətindədir. Qida maddələrinin təxminən 90%-i idxal edilir. Balıqçılıq potensialı, xüsusilə xərçəng və tun balığı tamamilə işlənmir.

2011-ci ildə ölkədə 277 million kilovat-saat elektroenerji istehsal edilmişdir.

Xarici siyasəti Kabo-Verde 23 iyul 2008-ci ildə Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.Kabo-Verde rəsmi olaraq ÜTT-nin 153-cü üzvü oldu wto.az

İstinadlar

Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Afrika İttifaqına üzv dövlətlər Kateqoriya:Ada dövlətlər Kateqoriya:Respublikalar Kateqoriya:Unitar respublikalar