— Kazuhiro Haranın rəssamlığı ilə Mamare Tono tərəfindən yazılan Yaponiya roman seriyası. 2011-ci ildən Enterbrain nəşriyyatı tərəfindən Yaponiyada nəşr olunur. Yen Press 2015-ci ildən romanın ingilis dilinə tərcümə edilmiş versiyasını çap edir. Roman seriyası strategiyaçı Şiroe və dostlarının "Elder Tale" adlı MMPORG-da ilişib qalmasından bəhs edir.

Roman seriyası əsasında dörd manqa adaptasiyası və yan hekayələr hazırlanmışdır. Anime serialı adaptasiyası da çəkilmişdir. Birinci mövsümü 5 oktyabr 2013-cü ildən 22 mart 2014-cü ilə kimi, ikinci mövsümü isə 4 oktyabr 2014-cü ildən 28 mart 2015-ci ilə kimi NHK E kanalı vasitəsilə yayımlanmışdır.

Məzmun 11-ci genişləndirmə paketinin əlavə olunmasından virtual reallığa malik kütləvi çoxoyunçulu onlayn oyun qlobal uğur əldə edir və oyunu oynayan istifadəçilərin sayı milyonları keçir. Lakin adlı 12-ci genişləndirmə paketinin əlavə olunması zamanı oyunu oynayan 30.000 yapon oyunçu özünü bu virtual reallıq dünyasında ilişmiş halda tapır. Bu oyunçulardan biri Şiroe adlı strategiyaçı olur. Şiroe dostları Naotsuqu və Akatsuki ilə birlikdə "Üfüq qeydi" () adlı gildiya qurmağa və artıq onlar üçün reallığa çevrilən bu dünyanın təhlükələrinə qarşı döyüşməyə qərar verir.

Dünya "Elder Tale" dünyasında oyunçular iki yerə bölünür. Macəraçılar oyunda ilişib qalmış oyunçulardır, dünya əhli isə oyunun NPC-lərdir. Oyunçuların hər birinin sinfi olur. Siniflər iki cür olur: əsas və alt siniflər. Əsas siniflərin 4 qrupu var: döyüşçü (qoruyucu, samuray, rahib), silahlı (sui-qəsdçi, başkəsən, bard), sağaldıcı (klerik, druid, kannaqi) və sehrbaz (cadugər, çağırıcı, əfsunçu). Alt siniflərin sayı 90-dan çoxdur: mexanik, akrobat, qisasçı, berserker, rəqqas və s. Bundan əlavə, oyunçular 8 irqə bölünürlər: insanlar, elflər, cırtdanlar, yarı-alvlar, yarı-pişiklər, canavar dişləri, tülkü hörükləri və rituallar. Hadisələrin böyük hissəsi Akihabarada baş verir. Akihabara 11 gildiyadan ibarət Dairəvi Stol İttifaqı tərəfindən idarə olunur.

GildiyaNövTəmsilçi D.D.D Döyüş gildiyası Krasti Qara qılınc cəngavərləri Döyüş gildiyası İsaak Vicdan Döyüş gildiyası Ayns Qərb küləyi briqadası Döyüş gildiyası Sociro Seta Okeanik sistemlər İstehsal gildiyası Miçitaka Rodrik firması İstehsal gildiyası Rodrik 8-ci ticarət rayonu mərkəzi İstehsal gildiyası Karasin Hilal Ay İttifaqı Kiçik gildiya Meriell Əzəmət Kiçik gildiya Vudstok V Radio marketi Kiçik gildiya Akaneya Üfüq qeydi Kiçik gildiya Şiroe

Coğrafiya Oyunun 13 serveri mövcuddur: Yamato (Yaponiya), Afrika, Yureddo (Çin), Hindistan, Koreya, Orta Şərq, Şimali Uen (Şimali Amerika), Okeaniya, Rusiya, Skandinaviya, Cənub-Şərqi Asiya, Cənubi və Mərkəzi Amerika və Qərbi Avropa. Yamato serveri 5 bölmədən ibarətdir: Şərqi Azadlıq Şəhərləri Liqası, Vestelande Müqəddəs İmperiyası, Ezzo İmperiyası, Nayntayls dominionu və Forlend hersoqluğu.

İqtisadiyyat Pul vahidi kimi qızıl istifadə olunur. Gündəlik olaraq sağ qalmaq üçün 35 qızıl xərcləmək normaldır. Ucuz mehmanxana otağının bir gecəliyi 10 qızıldır.

Media Roman "Log Horizon" Mamare Tono tərəfindən yazılan roman seriyasıdır. Roman seriyası əvvəlcə 13 aprel 2010-cu ildə Shōsetsuka ni Narō adlı istifadəçi məzmunlu veb-roman saytında yayımlanmağa başlamışdır. Daha sonra Enterbrain nəşriyyatı 2011-ci ilin martında romanı nəşr etmək qərarına gəlmişdir. Yen Press 2015-ci ildə romanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.

Cild siyahısı

Manqa Roman seriyası tərəfindən dörd manqa adaptasiyası hazırlanmışdır və bütün manqalar Mamare Tono tərəfindən yazılmışdır. Birinci manqa adaptasiyası Motoya Matsu tərəfindən çəkilmişdir və "Log Horizon Gaiden: Honey Moon Logs" adlanır. 27 yanvar 2012-ci ildən ASCII Media Works "Dengeki Daioh" jurnalında nəşr olunur. İkinci manqa adaptasiyasının rəssamı Kazuhiro Haradır və "Log Horizon" adlanır. Bu manqa 18 may 2012-ci ildən nəşr olunur və Enterbrain nəşriyyatı tərəfindən "Famitsu Comic Clear" veb-jurnalında yayımlanır. Yen Press bu manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. "Log Horizon: The West Wind Brigade" adlı üçüncü manqa Koyukinin rəssamlığı ilə nəşr olunur. 9 iyul 2012-ci ildən Fujimi Shobo nəşriyyatının "Age Premium" jurnalında nəşr olunur. Sonuncu manqa adaptasiyasının rəssamı Soçuudur və "Log Horizon Gaiden: Nyanta-honcho Shiawase no Recipe" adlanır. 21 dekabr 2012-ci ildən Enterbrain nəşriyyatının "Comic B's LOG" jurnalında serializasiya olunur.

Cildlər

Anime

Satelight studiyası tərəfindən istehsal olunmuş 25 seriyadan ibarət anime serialı adaptasiyası NHK E kanalı vasitəsilə 5 oktyabr 2013-cü ildən 22 mart 2014-cü ilə kimi yayımlanmışdır. Anime serialı Crunchyroll tərəfindən Şimali Amerika və dünyanın bəzi regionlarında da nümayiş etdirilmişdir. 25 seriyadan ibarət ikinci mövsüm isə Studio Deen tərəfindən istehsal olunmuş və 4 oktyabr 2014-cü ildə yayımlanmağa başlamışdır. Hər iki mövsüm Sentai Filmworks tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Hər iki mövsümün açılış mahnısı Man with a Mission tərəfindən ifa olunan "database" mahnısıdır. Birinci mövsümün bağlanış mahnısı "Your song*" mahnısı, ikinci mövsümün açılış mahnısı isə "Wonderful Wonder World*" mahnısıdır. Hər iki mahnının ifaçısı Yun*çidir.

Qəbul Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 9-cu "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (55 səs).

Anime News Network-dan Rebekka Silverman seriyanı "Sword Art Online" və ".hack" ilə müqayisə edərək bənzərsiz olduğunu qeyd etmişdir. Rebekka anime adaptasiyasının ən çatışmayan cəhətinin artistizminin zəif olmasında görmüşdür. O, personajların dizaynlarının onları yaxşı əks etdirmədiyini qeyd etmişdir. Rebekka əsas personajlardan biri olan Akatsukini misal kimi göstərmişdir: personajın dizaynı onun gözəlliyini əks etdirmir və faktiki olaraq ekranlarda görünən ən az cəzbedici qadın personajdır. Rebekkanın başqa diqqət çəkdiyi məsələ Naotsuqunun tərbiyəsiz təbiətinin həddən artıq çox komediya ünsürü kimi istifadə edilməsidir. Müxtəlif tənqidçilər animenin stilinin "Sword Art Online" və "Accel World" ilə bənzər olduğunu bildirmişdirlər.

İstinadlar

Xarici keçidlər Log Horizon Shōsetsuka ni Narō saytında. Rəsmi anime saytı

Log Horizon TRPG oyununun rəsmi saytı Mamare Tononun rəsmi informasiya saytı

Kateqoriya:2011-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:2014-cü ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Yaponiya elmi fantastika romanları Kateqoriya:Yaponiya macəra romanları Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Enterbrain manqaları Kateqoriya:Fujimi Shobo manqaları Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Dengeki Daioh Kateqoriya:Satelight Kateqoriya:Studio Deen Kateqoriya:NHK verilişləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Romanlara əsaslanan anime və manqalar Kateqoriya:Romanlara əsaslanan televiziya verilişləri Kateqoriya:Uydurmada MMORPG-lar Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Fentezi teleserialları