UEFA Çempionlar Liqası — UEFA tərəfindən təşkil olunan, Avropanın öz ölkə çempionatlarında müvəffəqiyyət qazanan klubların mübarizə apardığı ən məşhur futbol turniridir. Turnirin adı 1992-ci ilə qədər Çempion Klublar Kuboku olmuşdur. 1992–1993-cü il mövsümündən etibarən turnir UEFA Çempionlar Liqası adlanır. Turnirin ilk oyunları 1955-1956-cı il mövsümündə keçirilmişdir. Qaydalara uyğun olaraq pley-off mərhələsini keçən və qrup yarışlarına birbaşa düşən komandalar qruplara bölünür. 1997-ci ildən etibarən klub reytinqləri yüksək olan ölkələrin çempionları ilə yanaşı 2-ci, 3-cü, bəzən isə 4-cü yeri tutmuş komandaları da turnirə birbaşa vəsiqə qazanır və ya pley-off mərhələsində oynamaq hüququ əldə edir. Hər komanda rəqib klub ilə 2 oyun keçirir (evdə və səfərdə). Qrupda müvəffəqiyyət qazanan komandalar öz aralarında 1/8, 1/4 və 1/2 oyunları keçirir (yenə də həm evdə, həm də səfərdə olmaqla 2 oyun). Final oyunu isə 1 dəfə olur (əvvəlcədən müəyyənləşdirilmiş meydançada).

UEFA Çempionlar Liqası Azərbaycanda 2000–2009-cu illər arasında ANS-də yayımlanırdı. 2009-cu ildən 2012-ci ilədək Lider TV-də yayımlandı. 2012–2018-ci illərdə AzTV və İdman Azərbaycan kanallarında yayımlandı. 7 avqust 2018-ci ildə CBC Sport, 14 fevral 2023-cü ildən etibarən isə İctimai Televiziya tərəfindən yayımlanır.

Tarixi UEFA Çempionlar Kuboku XX əsrin ikinci yarısında UEFA tərəfindən Avropada keçirilmiş ən nüfuzlu klub turniri idi. İlk turnir 1955/1956 mövsümündə, sonuncu turnir isə 1991/1992 mövsümündə keçirilmişdir. 1992/1993 mövsümündə turnirin adı və formatı dəyişdirilərək UEFA Çempionlar Liqası ilə əvəz edilmişdir.

Mükafatlar

Kubok və medallar Hər il qalib komandaya Avropa Çempionlar kuboku təqdim edilir. Kuboku 3 il ardıcıl və ya ümumilikdə beş dəfə qazanan komanda, kubokun dəqiq kopyasını saxlamaq hüququ əldə edir (orijinal kubok həmişə UEFA-da qalır). Bu vaxta kimi bu hüququ Real Madrid, Ayaks, Bayern Münxen, Milan, Liverpul və Barselona əldə edib. Hazırkı kubok gümüşdən hazırlanmışdır, hündürlüyü 74 sm, kütləsi 11 kq-dır. Bu kubok 1966-ci ildə Bern zərgəri olan Jorq Stadelman tərəfindən hazırlanmışdır. 2012-2013-cü ildən etibarən Çempionlar Liqasının qalibi olmuş komandaya 40 qızıl medal, finalda məğlub olmuş komandaya isə 40 gümüş medal təqdim edilir.

Pul mükafatları 2015-16-ci ildən etibarən UEFA tərəfindən pley-off mərhələsində qalib gələn komandaya 2 milyon, məğlub olan komandaya isə 3 milyon avro mükafat təyin edilmişdir. Qrup mərhələsinə çıxış 12 milyon avro, qrup mərhələsində qazanılmış hər bir qələbəyə görə 1.5 milyon, heç-heçəyə görə isə 500 000 avro pul mükafatı mövcuddur. Bundan əlavə, qrup mərhələsini adlamış komandaya 5.5 milyon, 1/4 finala çıxmış komandaya 6 milyon, yarımfinala çıxmış komandaya 7 milyon, finala çıxmış komandaya 10.5 milyon, qalib olmuş komandaya isə 15 milyon avro pul mükafatı təqdim edilir.

Birinci təsnifat mərhələsi: €200,000 İkinci təsnifat mərhələsi: €300,000 Üçüncü təsnifat mərhələsi: €400,000 Pley-offda məğlub olma: €3,000,000 Pley-offda qalib olma: €2,000,000 Qrup mərhələsinə çıxış: €12,000,000 qrup mərhələsində qazanılmış qələbə: €1,500,000 qrup mərhələsində əldə edilmiş heç-heçə: €500,000 1/8 final: €5,500,000 1/4 final: €6,000,000 1/2 final: €7,000,000 Finalda məğlub olma: €10,500,000 Finalda qələbə: €15,000,000 right|thumb|450px|

Turnirin statistikası Ən çox qalib gələn klublar KlubQalibFinalçıQəlib gəldiyi illər2-ci yer tutduğu illərframeless|29x29px Real Madrid1531956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018, 2022, 20241962, 1964, 1981frameless|30x30px Milan741963, 1969, 1989, 1990, 1994, 2003, 20071958, 1993, 1995,2005frameless|30x30px Liverpul631977, 1978, 1981, 1984, 2005, 20191985, 2007,2018, 2022frameless|31x31px Bayern Münhen651974, 1975, 1976, 2001, 2013, 20201982, 1987, 1999, 2010, 2012frameless|30x30px Barselona531992, 2006, 2009, 2011, 20151961, 1986, 1994frameless|30x30px Ayaks421971, 1972, 1973, 19951969, 1996frameless|30x30px Inter Milan331964, 1965, 20101967, 1972, 2023frameless|30x30px Mançester Yunayted321968, 1999, 20082009, 2011frameless|30x30px Yuventus271985, 19961973, 1983, 1997,1998, 2003, 2015, 2017frameless|30x30px Benfika251961, 19621963, 1965, 1968,1988, 1990frameless|30x30px Nottingem Forest201979, 1980- frameless|30x30px Porto201987, 2004- Paris Sen-Jermen212025,20262020frameless|30x30px Seltik1119671970frameless|30x30px Hamburq1119831980frameless|30x30px Styaua Buxarest1119861989 Olimpik Marsel1119931991frameless|30x30px Dortmund1119972013frameless|30x30px Çelsi212012,20212008frameless|30x30px Feyenoord101970-frameless|30x30px Aston Villa FK101982-frameless|30x30px PSV Eyndhoven101988-frameless|30x30px Srvena Zvezda Belqrad101991- Reyms02-1956, 1959frameless|30x30px Atletiko Madrid03-1974, 2014,2017frameless|30x30px Valensia02-2000, 2001frameless|30x30px Fiorentina01-1957frameless|30x30px Ayntraxt Frankfurt01-1960frameless|30x30px Partizan Belqrad01-1966frameless|30x30px Panatinaykos01-1971frameless|30x30px Lids Yunayted01-1975 Seint Etyen01-1976frameless|30x30px Borussiya Münhenqlaudbax01-1977frameless|30x30px Brügge01-1978frameless|30x30px Malmö FF01-1979frameless|30x30px Roma01-1984frameless|30x30px Sampdoriya01-1992frameless|30x30px Bayer Leverkuzen01-2002 AS Monako01-2004frameless|30x30px Arsenal02-2006,2026frameless|30x30px Tottenhem01-2019 Ən böyük hesablı qələbələr:

Real Madrid - Malmö - 8:0 Liverpul - Beşiktaş – 8:0 Real Madrid - Genk - 7 : 0 Arsenal - Slaviya Praqa – 7:0 Yuventus - Olimpiakos – 7:0

Ən çox qol vuran futbolçular:

Qeyd:Statistik göstəricilər 2021-ci ilin aprel ayına qədər qeydə alınan nəticədir OyunçuÖlkəQol sayıOyun sayıƏmsalİllərKlub1Kriştiano RonaldoPortuqaliya1401760.762003-Real Madrid,Mançester Yunayted Yuventus FK2Lionel MessiArgentina1291490.812005-Barselona3Robert LevandovskiPolşa105960.52011-Borussia Dortmund FK, Bayern Münhen FK4Kərim BenzemaFransa901280.52006-Real Madrid, Lyon FK5Raulİspaniya711420.51995-2011Real Madrid, Şalke 046Tomas MüllerAlmaniya561240.392008-Bayern Münhen FK7Ruud van NistelroyNiderland56730.771998-2009PSV, Mançester Yunayted, Real Madrid8Tyerri AnriFransa501120.451997-2010AS Monako, Arsenal, Barselona9Alfredo Di Stefanoİtaliya49580.841955-1964Real Madrid10Andrey ŞevçenkoUkrayna481000.481994-2015Dinamo Kiyev, Milan, ÇelsiZlatan İbrahimoviçİsveç481200.402001-PSJ FK, Milan FK, Barselona FK, İnter Milan FK, Yuventus FK, Ayaks FK11EysebioPortuqaliya 46650.711961-1974BenfikaFilippo İnzaqiİtaliya46810.571997-2012Yuventus FK, Milan FK12Didier DroqbaKotdivuar44920.482003-2015Olimpik Marsel FK, Çelsi FK, Qalatsaray FK13Alessandro Del Pieroİtaliya42890.471995-2009Yuventus FK14NeymarBraziliya41670.612013-Barselona FK, PSJ FKSerxio AqüeroArgentina41760.542008-Atletiko Madrid FK, Mançester Siti FK15Ferenc PuşkaşMacarıstan36410.881956-1966Budapeşt Honevd FK, Real Madrid FK16Edinson KavaniUruqvay35650.542011-Napoli FK, PSJ FK

Ən çox oyun keçirən futbolçular OyunçuÖlkəOyun sayıQollarQol əmsalıAvropada debütüKlub1Xavi Hernandezİspaniya150120.081998Barselona2İker Kassilyasİspaniya15000.001999Real Madrid3Raul Qonzalesİspaniya142710.501995Real Madrid, Şalke 044Rayan GiqzUels141290.201993Mançester Yunayted5Klarenz SedolfNiderland125120.091992Ayaks, Real Madrid, Milan, İnter Milan6Pol Skoulzİngiltərə124250.201994Mançester Yunayted7Roberto KarlosBraziliya120170.141996İnter Milan, Real Madrid, Fənərbaxça8Kristiano RonaldoPortuqaliya1761340.672003Mançester Yunayted, Real Madrid9Karles Puyolİspaniya11520.171999Barselona10Tyerri AnriFransa112510.451993As Monako, Barselona, Arsenal

Ən tez qol vuran futbolçu:

Roy Makay ( Bayern Münhen) - 2006-cı il martın 7-də Real Madrid ilə oyunun 10.03-cü saniyəsində fərqlənib.

1 mövsümdə ən çox qol vuran futbolçu:

Kriştiano Ronaldo ( Real Madrid) – 2013/2014-cü il mövsümü - 17 qol.

1 oyunda 4 qol vuran futbolçular:

Marko van Basten Filippo İnzagi Dado Prşo Rud van Nistelroy Andrey Şevçenko Robert Levandovski Zlatan İbrahimoviç

Ən sürətli het-trik:

Mayk Nyuell (“Bləkbörn”) – 6 dekabr 1995-ci ildə “Rusenborq”la oyunda 9 dəqiqəyə 3 qol vurub.

Qol vuran ən gənc futbolçu:

Peter Ofirikuaye – 17 yaş 195 günlükdə 1 oktyabr 1997-cü ildə “Rusenborq” – Olimpiakos oyununda fərqlənib.

3 fərqli klubda 4 kubok qazanan futbolçu:

Klarens Zeedorf 1995-ci ildə “Ayaks”da, 1998-ci ildə "Real"da, 2003-cü və 2007-ci illərdə “Milan”da

Kuboku qazanan ən cavan və ən qoca məşqçilər:

Ən gənc məşqçi - Xose Villalonqa 1956-cı ildə, 36 yaş 185 günlüyündə Madrid "Real"ına kubok qazandırıb.

Ən qoca məşqçi – Raymond Qotals 1993-cü ilində, 71 yaş 232 günlüyündə “Marsel”ə kubok qazandırıb.

Uzatma dəqiqələri oynanılan finallar:

53 finalın 14-də uzatma dəqiqələri oynanılıb. Bunlardan 9-da isə oyunsonrası penaltilər seriyasına müraciət olunub. Ardıcıl iki oyunda het-trik: Luis Ardiano (Şaxtyor Donetsk) 2014/15-ci il mövsümündə BATE Borisov komandasına qarşı.

Xarici keçidlər

UEFA Çempionlar Liqası Rəsmi vebsaytı UEFA Rəsmi vebsaytı

Həmçinin bax

Kateqoriya:Futbol terminologiyası