Matu-Qrosu () — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.

Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir.

Coğrafiya thumb|left|Quapore çayı Matu-Qrosu ərazi. Ərazisi əsasən savannadan ibarətdirMatu-Qrosu coğrafi ensiklopediya..

Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm arasında dəyişir.

Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir.

Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.

Tarixi 1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdürP. Fosett. Mribekinin itirilmiş mədənləri ..

1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.

Əhali 2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).

İrqi tərkib: mulatlar — 1 599 228 (55,8 %) ağlar — 1 060 420 (37,0 %) qaralar — 174 000 (6,1 %) asiyalılar və hindular — 31 000 (1,1 %)

İnzibati quruluş Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.

İqtisadiyyat Matu-Qrosunun əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Burafa Soya və Pambıq istehsal edilir. Əsasən pambıq istehsalına görə Braziliyada birincidir.

İstinadlar

Mənbə Regionun portalı

Kateqoriya:Matu-Qrosu