Amazonas () — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimaldan Rorayma ştatı və Venesuela ilə sərhədlənir. Şərqdən Para, cənubdan Akri və Rondoniya ştatları, qərbdən Peru, Kolumbiya ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Manaus şəhridir.
Ştatın adı Amazon çayının adından götürülmüşdür.
Amazonas Braziliyanın sahəsinə görə ən böyük ştatıdır. Braziliyanın 18 % ərazisini əhatə edir. Ərazisinin böyük qismi daim yaşıl Amazon meşələri ilə örtülüdür.
Coğrafiya Ştat ərazisini Ekvator xətti kəsir. Bunla belə ərazisinin böyük qismi Cənub yarımkürəsində yerləşir. Regiondan əsas iri çaylar və Amazon nəqliyyat şəbəkəsini tşkil edir. Amazonasın iri və əhəmiyyətli şəhərləri çay kənarlarında yerləşir.
Amazonas öz növbəsində təpəli düzənlikdən ibarətdir. Böyük qismi bstaqlıqlaşmışdır. Şimalı isə Serra-İmeri və Qviana öndağlığı isə alcaq dağlardan ibarətdir. Ərazisinin 70 % sıx meşəliklərdən cəmi 30 % isə meşə-çol ərazilərindən ibarətdir. İqlimi kontinentaldır. Qış dekabrdan marta, yay isə apreldən noyabra qədər uzanır. İl ərzində 500–2000 arası yağış yağır.
İnzibati bölgü Amazonas Braziliyanın digır ştatları kimi eyni hüquqa malikdir. Ştat ərazisi 4 mezoregiona vı 23 mikroregiona bölünür.
İqtisadiyyat
Sənaye Ştatın paytaxtı azad iqtisadi zonadır. Burada ştat ərazizində istehsal edilən məlsulların 98 % hazırlanır. Burada mobil telefon, kompüterlər, audio və video məhsullar, ofis avadanlıqları və motoskl istehsal edilirAmazonas. İşgüzar əlaqələr ..
Burada neftayırma zavodları, regionun elektrik enerjisini təmin etmək məqsədilə Elektrik Stansiyaları fəaliyyət göstərir.
Faydalı qazıntılar Ştatda qurguşun, alminyum, tantal, dəmir, sink, xrom, marqans və qızıl hasil edilir. Kuari və Amazonas rayonları ərazisində iri qaz yataqları vardır, üstəlik neft hasil edilir. Burada tikinti materillarından qum, gil, qranit və digərlərinin hasilatı həyata keçirilir. Amazonun adalarında isə böyük həcmli torf ehtiyatları aşkarlanmışdır.
Kənd təsərrüfatı Ştatda heyvandarlıq inkişaf etdirilmişdir: iribuynuzlu heyvandarlıq, donuzçuluq, qoyunçuluq, atçılıq, quşçuluq. Burada qarğıdalı, çəltik, soya, ananas, qarpız, nar, kartof, banan, şəkər qamışı, portağal, kofe, kakos qozu yetişdirilir.
Meşə təsərrüfatı və balıqçılıq Ştatda ağac tədarük edilir
Qida əhəmiyyətli balıçılıqdan savayı ekzotik tropik balıqlar ovlanılaraq satışa çıxarılır.
İdman Ştatın paytaxtı Braziliyada keçirilən 2014 Futbol üzrə Dünya cempionatı çərçivəsində keçirilən futbol oyununun bir necəsinə ev sahibliyi etmişdir.
İstinadlar
Mənbə Amazonas Ştatın rəsmi saytı
Kateqoriya:Amazonas (Braziliya ştatı)