Kevin Ueyn Durant (; ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib.

Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular. 2016-cı ildə sərbəst qalan Durant, Tanderdən ayrıldı və iki illiyinə Qolden Steyt Uorriorz ilə müqavilə imzaladı.

Basketbol karyerası xaricində, Durant Oklahoma şəhərində etdiyi müxtəlif ianə və yardımları ilə tanınan və sevilən bir oyunçudur. 2012-ci ildə "Thunderstruck" adlı filmdə baş rolda oynayaraq ilk dəfə kamera qarşısına keçdi.

İlk illəri Durant, 29 Sentyabr, 1988-ci ildə Vanda və Veyn Pratt cütlüyünün dörd uşağından biri olaraq Vaşinqton şəhərində dünyaya gəldi,"Kevin Durant NBA & ABA Stats" . Basketball Reference. atasının ailəni tərk etməyi və anasının işləməyə başlaması səbəbi ilə nənəsi Barbara Deyvis tərəfindən böyüdüldü.Johnson, Roy S. (12 Mart 2007)."Bob Knight's Remarks Wrongly Taint Durant" (ingiliscə) 18 oktyabr, 2010 tarixində arxivləndi Braynna adında bir bacısı, Toni və Reyvone adında iki qardaşı var."Kevin Durant USA Basketball" (İngiliscə). usabasketball.com. 27 sentyabr, 2014 tarixində arxivləndi 2013-cü ildə verdiyi bir açıqlamada uşaq ikən tuttuğu komandanın Toronto Reptors, ən sevdiyi oyunçunun isə Vinse Karter olduğunu söyləyib."Durant: I wanted to play for the Raptors" (İngiliscə). sportsnet.ca. 8 noyabr, 2014 taricində arxivləndi Basketbola valideynlərinin də təsiri ilə erkən yaşlarda başlayan Durant, peşəkar olaraq ilk Həvəskar Atletizm Birliyində basketbol oynadı."Kevin Durant Biography". JockBio. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləndi Ailəsinin tez-tez köç etməsi səbəbi ilə Merilend əyalətində bir çox məktəbin formasını geydi və forma geydiyi bəzi komandalarda hal hazırda NBAdə forma geyən Ti Lavson, Greyvis Vaskez ve Maykl Bizley ilə bir müddət komanda yoldaşı oldu."Kevin Durant Biography" . JockBio."Childhood friends Michael Beasley and Kevin Durant could become Sonics teammates" (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi. Həmçinin bu müddət ərzində basketbolu ilk dəfə oynadığı yer olan Həvəskar Atletizm Birliyi komandasının baş məşqçisi olan və 35 yaşında öldürülən Çerles Kreygin xatirəsinə həsr olaraq 35 nömrəli formanı daşımağa başladı."UT's Durant: righteous talent SPORTSDAY" (PDF). TexasSports.com. (ingiliscə). 26 sentyabr, 2007 tarixində arxivləndi

Lisey karyerasında Milli Xristian Akademiyasında iki il, Oak Hill Akademiyasında bir il forma geydikdən sonra Montroz xristian liseyi tərəfindən transfer edildi və liseydəki dördüncü ilinə başlamadan öncə altı sm daha uzandı."In the N.B.A.'s Age Game, Colleges Are Big Winners". The New York Times. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi Liseydəki son ilinin öncəsində Texas Universitetinin onunla kollec karyerasi üçün anlaşdığı açıqlandı. 2005–06 mövsümündə Vaşinqton Post İlin Ən Yaxşı Lisey Oyunçusu mükafatını qazandı və 2006 McDonald's Ən Yaxşı Liseyli Amerikalılar Oyunun Ən Dəyərli Oyunçusu seçildi."2006 McDonald’s All-American Game Rosters". Scout.com.(ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi"McDonald's Greatest All-Americans". ESPN. (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi Durant, həmçinin mövsümdə hər oyun başına 23.6 basket sayı, 10.2 ribaunt, 3.0 asist, 3.0 top alma və 2.4 blok ortalamaları ilə oynayaraq, Greg Odendən sonra mövsümün ən yaxşı ikinci liseyli oyunçusu seçildi."Basketball Recruiting: Top Recruits". ScoutHoops.com (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi"Prospect Ranking: Final Rivals150 Class of 8181". Rivals.com (ingiliscə). 27 sentyabr, 2014 tarixində arxivləşdi

Kollec karyerası Kollec karyerasi üçün Texas Universiteti ilə razılaşan Durant, normal mövsümdə Texas Tek Red Raydrs ilə oynanan qarşılaşmada, 37 basket sayı və 23 ribaunt ilə oynadı."Texas-Longhorns vs Texas Tech Red Raiders". Sports.yahoo. (ingiliscə). 28 sentyabr, 2014 tarixində arxivləndi. 2006–07 normal kollec mövsümündə, matç başına 25,8 basket sayı, 11,1 ribaund və 1,3 asist ortalamaları ilə oynadı."Kevin Durant NBA & ABA Stats". Basketball Reference. (İngiliscə), 29 dekabr, 2015 tarixində arxivləndi NCAA Pleyofflar ilk turunda mövsümü 5-ci sırada tamamlayan Nyu-Meksiko Universiteti ilə qarşılaşdılar və oyunda qalib gələrək yarım finala çıxdılar. Ancaq bu turda Durantın 30 basket sayı 9 ribaundluq performansına baxmayaraq, Cənubi Kaliforniya Universitetinə məğlub oldular."Young pours in 22 points for USC in blowout of Texas". ESPN. (İngiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi Mövsüm sona çatdığda Kevin Durant bir çox fərdi mükafat qazandı,"Longhorns' Freshman Durant Named NABC Division I Player of the Year" (PDF). National Association of Basketball Coaches. 21 Mart 2007 (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi"United States Basketball Writers Association". 27 Mart 2007.(ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi"Durant Named Player Of The Year". Commonwealth Athletic Club of Kentucky. 27 Mart 2007. (İngiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndiRosner, Mark (7 Aprel 2007). "Durant receives Wooden Award". Bevo Beat. Austin American-Statesman. (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi həmçinin Naismith İlin Kollec Liqaları Oyunçusu mükafatını qazanaraq bunu az yaşında bacaran kollec tarixindəki ilk oyunçu ünvanına çatdı."Kevin Durant Wins 2007 Naismith Award". Big 12 Sports. (ingiliscə), 28 sentyabr, 2014 tarixində arxivləndi 11 aprel tarixində Durant, rəsmi olaraq 2007 NBA Seçmələrinə girəcəyini açıqladı."Durant leaving Texas for NBA". ESPN. (ingiliscə), 28 sentyabr 2014 tarixində arxivləndi

Universitet statistikaları

ESPN-dən götürüldü."Kevin Durant Stats". ESPN. (ingiliscə), 1 oktyabr 2014 tarixində arxivləndi

Kollec Mövsüm GP GS MIN BPG RPG APG PPG 3P% Texas 2006–07 35 35 35.9 1.9 11.1 1.3 25.8 .404

Peşəkar karyerası

Oklahoma-Siti Tander/SuperSoniks (2007–2016) thumb|right|Durant, SuperSoniks formasıyla. (2008)

İlk mövsümü (2007–2008) Durant kollec karyerasının ardından 2007-ci ildə NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən 1-ci tur 2-ci sıradan seçildi"2007 NBA Draft Board". NBA.com (ingiliscə), 29 sentyabr, 2014.. Bundan başqa hələ NBA-də matça çıxmadan Nike firması ilə 60.000.000 $ dəyərində 7 illik sponsorluq razılaşması imzaladı"Durant signs 7-year, $60 million endorsement deal with Nike". espn.go.com.(ingiliscə) 29 sentyabr, 2014. Karyerasının ilk NBA matçına 31 oktyabr 2007-ci il tarixində Denver Naqqets ilə 118–105 məğlub olduğları oyunda çıxdı və 32 dəqiqə oyunda olub 18 basket sayı, 5 ribaunt və 3 top alma statistikası ilə oynadı31 oktyabr 2007. Pepsi Center, Denver, "31 Ekim, 2007 boxscore: SuperSonics 103, Nuggets 120". ESPN. (ingiliscə) 29 sentyabr 2014. 16 oktyabrda Atlanta Hoks ilə oynanılan qarşılaşmada karyerasının ilk matç qazandıran basketini atdı16 noyabr 2007, Philips Arena, Atlanta, "Wilkins scores 41, but Durant's 3-pointer clinches Sonics' double-OT Hazwin". ESPN. (ingiliscə) 29 sentyabr 2014. Noyabr ayında göstərdiyi performansla ayın "Qərb Konfransı Ən Yaxşı gənci" seçildi"Rookie Of The Month Recipients". basketball.realgm.com 29 sentyabr, 2014.

16 apreldə oynanan Qolden Steyt Uorriorz matçında, 42 basket sayı, 13 ribaund və 5 asist ilə oynayaraq karyerasının basket sayı və ribaund rekordlarını qırdı"Seattle SuperSonics at Golden State Warriors Box Score, 16 April 2008". basketball-reference. (ingiliscə) 16 Aprel 2008.. Durant, 2007–08 mövsümündə matç başına 20,4 basket sayı, 4,4 ribaund və 3, 3 asist ortalaması ilə oynayaraq, İlin gənci və İlin Gənc İlk Beşi mükafatlarını qazandı"Kevin Durant NBA & ABA Stats". Basketball Reference. (ingiliscə) 29 dekabr, 2015. Bundan başqa bu mövsüm LeBron Ceyms və Karmelo Antonidən sonra matç başına 20 basket sayını keçən 3-cü oyunçu oldu"Kevin Durant NBA Bio". NBA.com. (ingiliscə) 29 sentyabr 2014. Ancaq qazandığı bu fərdi müvəffəqiyyətlərə baxmayaraq, komandası 14 qalibiyyət 68 məğlubiyyət alaraq klub tarixinin ən pis mövsümünü keçirdi"2007–08 NBA Season Summary". basketball-reference.com. (ingiliscə) 27 yanvar, 2010.

Yüksəliş (2008–2010) Bu mövsümün ardından, Sonics komandası Oklahoma Siti şəhərinə daşınıb Oklahoma-Siti Tander adını aldı və rəngləri mavi, narıncı və sarı olaraq dəyişdirildi"Oklahoma City will be named Thunder, wear blue, orange, yellow". ESPN. (ingiliscə) 29 sentyabr, 2014. Komanda həmçinin mövsüm başında, 2008 NBA Seçmələrində irəlidə Durant ilə birlikdə oynayacaq, Rassıll Vestbruku rənglərinə qatdı"2008 NBA Draft Board". NBA.com. (ingiliscə) 29 sentyabr, 2014. 2009 NBA All-Star Həftəsində, Durant Gənclər Matçında forma geymək üçün dəvət aldı və qarşılaşmada 46 basket sayısı ilə oynayaraq, All-Star Gənclər tarixində bir matçda ən çox basket sayısı atan oyunçu olaraq tarixə keçdi"Durant goes for 46 as Sophomores again beat Rookies". nBA.com. (ingiliscə) 29 sentyabr, 2014. Normal mövsümdə oynanan, 23 yanvar tarixindəki Los-Anceles Klippers matçında 46 basket sayı və 17 yanvarda Nyu-Orlean Hornetsə isə 47 basket sayı ataraq, 2 dəfə karyera basket sayı rekordunu qırdı"Oklahoma City Thunder at Los Angeles Clippers Box Score, January 23, 2009". Basketball.referencee.com. (ingiliscə) 29 sentyabr, 2014"New Orleans Hornets at Oklahoma City Thunder Box Score, February 17, 2009". Basketball.referencee.com. (ingiliscə) 29 sentyabr, 2014. 2008–09 mövsümünü Durant, matç başına 25,3 basket sayı və 6,5 ribaund ortalamaları ilə bitirdi. Həmçinin Ən Çox Inkişaf göstərən Oyunçu mükafatına namizəd olaraq göstərilsə də səs verməni 3-cü sırada tamamladı"Pacers' Granger wins Kia Most Improved Player Award". NBA.com. (ingilisc) 29 sentyabr, 2014. Komandası Tander isə, mövsümü 23 qalibiyyət, 59 məğlubiyyət ilə konfransında 11-ci sırada bitirdi"2008–09 Oklahoma City Thunder Schedule and Results". basketball-reference.com. (ingiliscə) 29 sentyabr, 2014.