Qafqaz meşə siçanı () — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə () aid məməli heyvan növüdür.
Xarici görünüşü Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə () aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur Алекперов Х.М., С.И. Ерофеева К. распросранению эелтогорной мыши (Apodemus tauricus Pall) в Азербайджане // Материалы по фауне и экологии неземных позвоночных Азебайджана, Баку, Элм, 1975; 14-20..
Yayılması Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Yaxın vaxtlara qədər bu növün Zaqafqaziyada olması məsələsi mübahisəli idi. Məsələnin həllini meşə və sarıboğaz siçanların məlum hibridləşmə faktları da mürəkkəbləşdirirdi. Bu da istisna edilmirdi ki, hər iki növün morfoloji əlamətlərinin coğrafi dəyişkənliyi burada əks istiqamətdə getmişdir. Başqa sözlə, Zaqafqaziyada sarıboğaz siçanın daha xırda forması, meşə siçanınm isə iri forması yaşaya bilərdi. İlk dəfə böyük mötəbər material əsasında Azərbaycanın meşə senozlarında sarıboğaz siçanın olmasını S.N.Yerofeyeva sübut etmişdir Ерофеева С.Н. Эколого-морфологическая характеристика мышей рода Каир АзерБайджана // Автофер. дисс… канд.биол.наук.-Баку, 1970, 20 с,Ерофеева С.П. Сравнительный анализ морфологических особенностей популяций лесных и желтогорлых машей (Apodemus sylvaticus L. и A.tauricus Pall) Азербайжана // Материалы по фауне и экологии наземнеых позвоночных Азербайджана.- Баку: Элм, 1975, 34-62..
Həyat tərzi Həyat tərzi meşə siçanı ilə eynidir. Qarışıq meşələrdə, meşə-çöldə, otlu çəmənlərdə və kol bitki örtüyü olan biotoplarda yayılıb. Hazır yuvalardan istifadə edir və ya kameraları olan yuvalar qazır. Toxumlarla, dənlə, çəyirdəklə və həşəratlarla qidalanır. İlin isti vaxtlarında minimal sayı 5-6 ədəd olan bala verir.
İstinadlar
Ədəbiyyat Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978 Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.
Xarici keçidlər http://www.iucnredlist.org/details/1900/0
Həmçinin bax
Kateqoriya:Siçanlar Kateqoriya:Gəmiricilər Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qərbi Asiya məməliləri