Finlandiya, rəsmi adı ilə Finlandiya Respublikası — Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin dili və isveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır. Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.

Finlandiyada ilk insanlar Son Buz dövründən sonra e.ə. IX minillik civarında yerləşmişdir. Daş dövründə müxtəlif keramika üslubları ilə seçilən müxtəlif mədəniyyətlər meydana çıxdı. Tunc dövrü və Dəmir dövründə Fennoskandiya və Baltikyanının digər mədəniyyətləri ilə təmaslarla yadda qaldı. XIII əsrin sonlarından Finlandiya Şimali Səlib yürüşləri nəticəsində İsveç imperiyasının bir hissəsi oldu. 1809-cu ildə Fin müharibəsi nəticəsində Finlandiya İsveçdən alınaraq Rusiya imperiyasının idarə etdiyi muxtar dövlət olan Finlandiya böyük hersoqluğuna çevrildi. Bu dövrdə Fin incəsənəti çiçəkləndi və tam müstəqillik ideyası özünü büruzə verməyə başladı. 1906-cı ildə Finlandiya ümumi seçki hüququ verən ilk Avropa dövləti və bütün yetkin vətəndaşlara dövlət vəzifələrinə namizəd olmaq hüququnu verən dünyada ilk dövlət oldu. 1917-ci ildə Rusiya inqilabından sonra Finlandiya tam müstəqilliyini elan etdi. 1918-ci ildə gənc millət Finlandiya vətəndaş müharibəsi ilə parçalandı. İkinci Dünya müharibəsi illərində Finlandiya Qış müharibəsi və Davam müharibəsində Sovet İttifaqına qarşı, daha sonra Lapland müharibəsində nasist Almaniyasına qarşı vuruşdu. Nəticədə ərazisinin bir hissəsini itirdi, lakin müstəqilliyini qoruyub saxladı.

Finlandiya 1950-ci illərə qədər əsasən aqrar ölkə olaraq qaldı. İkinci Dünya müharibəsindən sonra sürətlə sənayeləşdi və isveç modeli üzərində qurulmuş sosial dövlət ilə inkişaf etmiş bir iqtisadiyyat qurdu. Bu, ölkəyə ümumi rifah və adambaşına yüksək gəlir əldə etməyə imkan verdi. Soyuq müharibə dövründə Finlandiya rəsmi olaraq bitərəflik siyasətini qəbul etdi. O vaxtdan bəri 1995-ci ildə Avropa İttifaqına, 1999-cu ildə Avrozonaya, 2023-cü ildə isə NATO-ya üzv olub. Finlandiya Birləşmiş Millətlər Təşkilatı, Skandinav Şurası, Şengen zonası, Avropa Şurası, Ümumdünya Ticarət Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkə təhsil, iqtisadi rəqabət qabiliyyəti, vətəndaş azadlıqları, həyat keyfiyyəti və insan inkişafı da daxil olmaqla milli performans göstəricilərində çox yaxşı nəticələr göstərir.

Etimologiya Suomi adının (fin dilində "Finlandiya") mənşəyi qeyri-müəyyəndir, lakin saame (sami) ilə ortaq bir etimologiyası olduğu irəli sürülmüşdür.Rossi, Venla: "7 väärinkäsitystä suomen kielestä". Helsingin Sanomat. 11 September 2022. . Ən erkən tarixi mənbələrdə XII–XIII əsrlərdən etibarən Finlandiya termini Turku ətrafındakı sahil bölgəsini ifadə edir. Bu bölgə daha sonra ölkə adı olan Finlandiyadan fərqli olaraq Finlandiya Proper adı ilə ifadə edilməyə başlanmışdır.

Tarix

İbtidai dövr İndiki Finlandiya ərazisində ibtidai insanlar ən geci təxminən e.ə. 8500-cü illərdə, son buz dövrünün sonuna doğru Daş dövründə məskunlaşmışdır. İlk köçkünlərin geridə qoyduqları əsərlər Estoniya, Rusiya və Norveçdə tapılanlarla ortaq xüsusiyyətləri daşıyır.Herkules.oulu.fi . People, material, culture and environment in the north. Proceedings of the 22nd Nordic Archaeological Conference, University of Oulu, 18–23 August 2004 Edited by Vesa-Pekka Herva. Ən qədim insanlar daş alətlərdən istifadə edən ovçu-yığıcı idilər.Pirjo Uino of the National Board of Antiquities, ThisisFinland—"Prehistory: The ice recedes—man arrives". Retrieved 24 June 2008.

İlk saxsı qablar e.ə. 5200-cü ildə Comb Ceramic mədəniyyətinin təşəkkül tapdığı zaman ortaya çıxdı.History of Finland and the Finnish People from stone age to WWII. Retrieved 24 June 2008. Corded Ware mədəniyyətinin cənubi sahil Finlandiyaya e.ə. 3000–2500-cü illər arasında gəlişi kənd təsərrüfatının başlanğıcı ilə üst-üstə düşə bilər.Professor Frank Horn of the Northern Institute for Environmental and the Minority Law University of Lappland writing for Virtual Finland on National Minorities of Finland. Retrieved 24 June 2008. Kənd təsərrüfatı tətbiq edilsə belə ovçuluq və balıqçılıq yaşayış təsərrüfatının mühüm hissələri olmaqda davam etdi. thumb|Kainuu ştatının Paltamo şəhərində tapılan Daş dövrünə aid ayı başı toqmağıHaggrén et al. 2015, p. 109. Tunc dövründə bütün il boyu daimi əkinçilik və heyvandarlıq yayıldı, lakin soyuq iqlim dəyişikliyi ləngitdi. Seima-Turbino fenomeni bölgəyə ilk tunc artefaktları və ehtimal ki, fin-uqor dillərini də gətirdi. O vaxta qədər əsasən Estoniyada olan ticarət əlaqələri Skandinaviyaya da yayılmağa başladı. Tunc artefaktların yerli istehsalı e.ə. 1300-cü ildə başlamışdır.

Dəmir dövründə əhali artdı. Finlandiya Proper ən sıx məskunlaşılan ərazi idi. Baltik dənizi regionunda ticarət əlaqələri VIII–IX əsrlərdə artdı və genişləndi. Finlandiyadan Avropa saraylarına əsas ixrac xəzlər, qullar, kastorium və şahinlər idi. İdxallara ipək və digər parçalar, zərgərlik məmulatları, Ulfberht qılıncları və daha az dərəcədə şüşə daxildir. Dəmir istehsalı təxminən e.ə. 500-cü ildə başlamışdır. IX əsrin sonlarında yerli artefakt mədəniyyəti, xüsusən də silahlar və qadın zərgərlik məmulatları əvvəlkindən daha çox ortaq yerli xüsusiyyətlərə malik idi. Bu, ümumi fin kimliyini ifadə etmək kimi şərh edilmişdir.

Fin dillərinin erkən forması təxminən e.ə. 1900-cü ildə Baltik dənizi bölgəsinə yayıldı. Ümumi fin dili 2000 il əvvəl Fin körfəzi ətrafında danışılırdı. Müasir fin dilinin inkişaf etdirildiyi dialektlər Dəmir dövründə yaranmışdır. Uzaqdan qohum olsalar da, sami xalqı ovçu-yığıcı həyat tərzini finlərdən daha uzun müddət saxlayıb. Sami mədəni kimliyi və sami dili ən şimal əyalət olan Laplandiyada yaşamışdır.

İsveç dövrü

XII–XIII əsrlər Baltik dənizinin şimalında şiddətli dövr idi. Livoniya Səlib yürüşü davam edirdi, həmçinin tavastianlar və karelyalılar kimi fin tayfaları Novqorod və bir-birləri ilə tez-tez münaqişələr edirdi. Həmçinin XII–XIII əsrlərdə Baltik dənizi regionundakı katolik krallıqları fin tayfalarına qarşı bir neçə səlib yürüşü başlatdı. Danimarkalılar 1187-ci il və ya bir az əvvəl, 1191-ci il və 1202-ci ildə və isveçlər təxminən 1249-cu ildə tavastianlara qarşı ikinci səlib yürüşü və 1293-cü ildə karelyalılara qarşı üçüncü səlib yürüşü olmaqla Finlandiyaya ən azı üç səlib yürüşü etmişlər. Çox güman ki, 1155-ci ildə Finlandiyaya qarşı olan birinci səlib yürüşü heç vaxt baş tutmamışdır.

Səlib yürüşləri (əsasən Birqer Jarlın başçılığı ilə ikinci səlib yürüşü) və Orta əsrlər dövründə bəzi fin sahil ərazilərinin xristian isveç əhalisi ilə koloniyalaşdırılması nəticəsində Finlandiya get-gedə İsveç krallığının və Katolik kilsəsinin təsir dairəsinə çevrildi. İsveç dövründə Finlandiya Qərbi Avropanın mədəni nizamının bir hissəsi kimi ilhaq edildi. thumb|İndi Helsinkidə yerləşən Suomenlinna altı adada inşa edilmiş XVIII əsrə aid dəniz qalasından ibarət UNESCO-nun Dünya İrsi obyektidir. Finlandiyanın ən məşhur turistik yerlərindən biridir. İsveç dili zadəganların, idarəçiliyin və təhsilin hakim dili idi. Fin dili isə əsasən fin dilli ərazilərdə kəndlilər, ruhanilər və yerli məhkəmələrin dili idi. Protestant reformasiyası zamanı finlər tədricən lüteranizmə keçdilər.

16-cı əsrdə yepiskop və lüteran islahatçı Mikael Agricola fin dilində ilk yazılı əsərləri nəşr etdi. Finlandiyanın indiki paytaxtı Helsinki 1555-ci ildə Kral Qustav Vasa tərəfindən təsis edilmişdir. Finlandiyada ilk universitet olan Turku Kral Akademiyası 1640-cı ildə Qraf Per Brahenin təklifi ilə İsveç Kraliçası Kristina tərəfindən yaradılmışdır.

Finlər Otuzillik müharibədə (1618–1648) "Hakkapeliitta" adlı yaxşı təlim keçmiş süvarilər kimi şöhrət qazandılar. Finlandiya 1695–1697-ci illərdə şiddətli aclıqdan əziyyət çəkdi, bu müddət ərzində Finlandiya əhalisinin təxminən üçdə biri öldü"Finland and the Swedish Empire ". Federal Research Division, Library of Congress. və bir neçə il sonra dağıdıcı vəba yaşandı.

XVIII əsrdə İsveç və Rusiya arasında müharibələr Finlandiyanın rus qüvvələri tərəfindən iki dəfə işğalına səbəb oldu. Finlər bu işğalları Böyük Qəzəb (1714–1721) və Kiçik Qəzəb (1742–1743) kimi tanıyırdı. Böyük Qəzəb zamanı əsasən evlərin və təsərrüfatların dağıdılması və Helsinkinin yandırılması səbəbindən demək olar ki, bütün gənc kişi nəslinin məhv olduğu təxmin edilir.

Finlandiya böyük hersoqluğu

İsveç dövrü 1809-cu ildə Fin müharibəsi ilə başa çatdı. 29 mart 1809-cu ildə Rusiya çarı I Aleksandrın orduları tərəfindən fəth edildikdən sonra Finlandiya Porvoo Diyeti tərəfindən tanınan Rusiya imperiyasının hakimiyyəti altında muxtar böyük hersoqluğa çevrildi. Bu, 1917-ci ilin sonuna qədər davam etdi. I Aleksandr 1812-ci ildə Rusiyanın Vıborq əyalətini Finlandiya böyük hersoqluğuna birləşdirdi. İngilis və fransız donanmaları 1854-cü ildə Aland müharibəsində Finlandiyanın sahillərini və Aland adalarını bombalayanda Finlandiya Rusiyanın Krım müharibəsinə daxil oldu. thumb|Edvard İsto, "Hücum" (The Attack), 1899-cu il. Rusiya qartalı fin qızına hücum edir, onun qanunlar kitabını oğurlamağa çalışır. İsveç dilinin çox istifadə olunmasına baxmayaraq, fin dili bu dövrdə tanınmağa başladı. 1860-cı illərdən başlayaraq Fenoman hərəkatı kimi tanınan güclü fin millətçi hərəkatı təşəkkül tapdı. Hərəkatın ən görkəmli liderlərindən biri olan filosof və siyasətçi J. V. Snellman Finlandiya böyük hersoqluğunda fin dilinin və pul vahidi olan fin markkasının statusunu sabitləşdirmək üçün çalışmışdır. Dönüş nöqtələrinə 1835-ci ildə Finlandiyanın milli dastanına çevriləcək "Kalevala"nın nəşri və 1892-ci ildə fin dilinin isveç dili ilə hüquqi bərabərliyi daxildir. Adolf İvar Arvidssonun ruhu ilə — "biz isveçli deyilik, rus olmaq istəmirik, ona görə də fin olaq" — fin milli kimliyi yaradıldı. Buna baxmayaraq Finlandiyada XX əsrin əvvəllərinə qədər real müstəqillik hərəkatı olmadı.

1866–1868-ci illərdəki Finlandiya qıtlığı sentyabrın əvvəllərindəki dondurucu temperaturun əkinləri məhv etməsi və əhalinin təxminən 15%-ni öldürməsi nəticəsində meydana gəlmişdi ki, bu da onu Avropa tarixindəki ən pis qıtlıqlardan birinə çevirmişdir. Qıtlıq Rusiya imperiyasını maliyyə qaydalarını yumşaltmağa gətirib çıxardı və sonrakı onilliklərdə investisiyalar artdı. İqtisadi inkişaf sürətli idi. Adambaşına düşən ümumi daxili məhsul (ÜDM) hələ də ABŞ-nin yarısı və İngiltərənin üçdə biri qədər idi.

Rusiya imperiyası 1869-cu ildən 1917-ci ilə qədər "Finlandiyanın ruslaşdırılması" kimi tanınan bir siyasət həyata keçirmişdir. Bu siyasət 1905–1908-ci illər arasında dayandırılmışdır. 1906-cı ildə Finlandiya böyük hersoqluğunda ümumi seçki hüququ tətbiq edildi. Lakin Rusiya hökuməti Finlandiyanın xüsusi statusunu və muxtariyyətini məhdudlaşdırmaq üçün addımlar atmağa başlayanda Finlandiya böyük hersoqluğu ilə Rusiya imperiyası arasında münasibətlər pisləşdi. Məsələn, ümumi seçki hüququ praktiki olaraq mənasız idi, çünki çar Finlandiya parlamentinin qəbul etdiyi qanunların heç birini təsdiq etməli deyildi. Müstəqillik arzusu ilk növbədə radikal liberallarMickelsson, Rauli (2007). Suomen puolueet—Historia, muutos ja nykypäivä. Vastapaino. və sosialistlər arasında qismən Rusiya imperiyasının sonuncu çarı II Nikolayın 15 fevral 1899-cu ildə Fevral manifesti adlı bəyannaməsi ilə əsaslandırıldı.Alenius, Kari. "Russification in Estonia and Finland Before 1917", Faravid, 2004, Vol. 28, pp. 181–194.

Vətəndaş müharibəsi və erkən müstəqillik