Kayman adaları dolları — Böyük Britaniyanın dəniz ərazilərində Vest-Hinddə yerləşən Kayman adalarının pul vahididir. Bir dollar 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — KYD-dir. Simvolu — CI$-dir. 2003-cü ilin 1 yanvarından valyutaların Ümumrusiya təyinedicisində Kayman adalarının pul vahidi dollar adlanır.

Mübadilədə 1, 5, 10, 25, 50, 100 nominallı dollardan, 1, 5, 10, 25 sentlik və əsginaslıq sikkələrdən istifadə olunur.

Tarixi Kayman adaları dolları 1 may 1972-ci ildə pul vahidi kimi qəbul edilmişdir. Valyuta Yamayka dollarını (31 avqust 1972-ci ilə qədər ödənişin qanuni vasitəsi hesab edilirdi) əvəz etmişdir. 1974-cü ilin 1 aprelindən Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.

Sikkələr Mübadilədə dörd sikkədən — 1, 5, 10, 25 nominallı sentlərdən istifadə olunur. Sikkələri əvvəlcə tuncdan, qalan hissəsini isə melxiordan kəsilirdilər. 1992-ci ildən başlayaraq tunc sikkələrin yerinə polad və qızıl sikkələr tutmuşdur. Melxiorların yerini isə polad, qızıl və nikeldən hazırlanmış sikkələr tutmuşdur. Böyük Britaniyanın Kral zərbxanası sikkələrin istehsalıyla məşğul olur. 2008-ci ilin dekabr ayının məlumatlarına görə mübadilədə 8.8 milyon Kayman adaları dollarına bərabər sikkələr istehsal edilmişdir.

Əsginaslar Əvvəlcə mübadilədə dörd əsginas — 1, 5, 10, 25 nominallı dollarlar istifadə edilirdi. Əsginaslara 1981-ci ildə 100 və 40 nominallı dollarlar edilmişdir. Tezliklə, 1985-ci ildə 40 dollarlıq əsginas 50 dollarla əvəz edilmişdir. Əsginaslar Britaniya şirkəti olan "De La Rue" tərəfindən çap olunur. 2008-ci ilin dekabr ayının məlumatlarına görə mübadilədə 74.8 milyon Kayman adaları dollarına bərabər əsginaslar istehsal edilmişdir.

Valyuta məzənnəsi rejimi Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.

İstinadlar

Xarici keçidlər http://archive.travel.ru/cayman/money/ — Dollar "Kayman adalarının Valyuta idarəsinin rəsmi saytında Kayman adası haqqında informasiya.».

Банкноты стран мира. 40 Долларов Каймановых островов 1974 года, с изображением королевы Елизаветы II

Kateqoriya:Dollar Kateqoriya:Kayman adaları pulları Kateqoriya:Şimali Amerika valyutaları