Əmiraslan Rza oğlu Əliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı Əmiraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Ü. Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979–1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981–1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982–1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982–1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix–filologiya fakültəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Baş leytenant Əmiraslan Əliyev xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri fərmanla təltif edilmişdir.
Əmiraslan Əliyev 17 mart 1995-ci ildə Mart hadisələri zamanı Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında XTPD-nin komandiri Rövşən Cavadovu yaralayaraq sonra həlak olmuşdur.
Ailəsi Ailəli idi. Üç övladı yadigar qalıb.
Milli Qəhrəman Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
"N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. "N" saylı sərhəd məntəqəsinə Ə. Əliyevin adı verilmişdir.
Ədəbiyyat MİLLİ QƏHRƏMANLARIMIZ Əmiraslan Əliyev Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 82.
İstinadlar
Xarici keçidlər Milli Qəhrəmanlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Naxçıvan Şəhidlər Xiyabanında dəfn olunanlar