Çovdarov Akif Teymurxan oğlu () — ləğv edilmiş MTN-nin sabiq general-mayoru.

Həyatı Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib.

Fəaliyyəti Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Həbsi

Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.

Təltifləri 50px (16.03.2005) — "Vətən uğrunda" medalı 50px (27.03.2007) — "Hərbi xidmətlərə görə" medalı 50px (27.03.2015) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

İstinadlar

Kateqoriya:General-mayorlar