Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Mənbələr İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar