Mərkəzi Asiyanın klanları regional və tayfa birlikləri əsasında formalaşmış siyasi qruplaşmalardır. Klanlar hakimiyyətdə və ya onun hansısa bir qolunda nəzarəti ələ keçirmək uğrunda mübarizə aparırlar.

Qırğızıstan Qırğızıstan hökumətində təsirə malik olan 3 klan qrupları mövcuddur: “Onq” və yaxud “sağ”, “Sol” və “İçkilik”. “Sol” qruplaşması şimali və qərbi Qırğızıstanla bağlı olan, 1930-cu illərdə Sovet Qırğızıstanını idarə etmiş Sarıbaqış və Buquu klanlarının da daxil olduğu 7 klandan ibarətdir. Stalinin hakimiyyəti dövründən etibarən qırğız siyasi liderlər Sarıbaqış klanının nümayəndələri olmuşlar. Bu klan öz təsir gücündən 1990-cı ildə Qırğızıstan Kommunist Partiyasının Katibi vəzifəsinə namizəd olan cənublu Absamat Masaliyevin deyil, onun əvəzinə Əsgər Akayevin keçməsinin təmin edilməsində istifadə etmişdi. 2005-ci il inqilabına qədər bu şəbəkə maliyyə, daxili işlər, xarici işlər nazirlikləri, dövlət təhlükəsizliyi orqanlarında nəzarətə malik olmuşdur.Kyrgyzstan's unrest linked to clan rivalries EurasiaNet “Onq” qrupu isə bircə klandan, cənubdan olan Adıgine klanından ibarətdir. Həmçinin “İçkilik” də cənub qruplaşmasına aiddir, lakin, bu klan üzvləri etnik tərkib etibarı ilə qırğız deyillər.

Özbəkistan Özbəkistandakı ən güclü qruplaşma ənənəvi olaraq Daxili İşlər Nazirliyini təsiri altında saxlayan, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun da üzv olduğu Səmərqənd klanıdır. Bu klan Səmərqənd, Buxara, Dizaq və Nəvai regionları ilə bağlıdır və daha zəif Cizzəx klanı ilə müttəfiqdir. Daşkənd klanı isə Milli Təhlükəsizlik Xidmətinə nəzarət edir, Fərqanə klanı (bəzən onlar hər ikisi eyni klan kimi nəzərdə tutulur) və Xarəzm klanı ilə müttəfiqlik edir. Daşkənd klanı Daşkənd, Fərqanə, Əndican və Nəməngan regionlarını əhatə edir.Militant Islam in Central Asia: The Case of the Islamic Movement of Uzbekistan University of California, Berkeley

Həmçinin bax Daşkənd klanı Səmərqənd klanı Cizzəx klanı

References

Kateqoriya: Mərkəzi Asiya Kateqoriya: Orta Asiya Kateqoriya: Özbəkistan Kateqoriya: Qırğızıstan Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Ölkələrinə görə klanlar Kateqoriya:Qırğızıstanda yaşayan etnik qruplar