Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, ) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı.
Fəaliyyəti
1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir.
Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Ziman effektinin izahına görə 1902-ci ildə digər niderland fiziki Piter Zimanla birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Niderland fizikləri Kateqoriya:Niderlandlı Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri