Bristol () — yaşayışı olmayan, 9 x 10 km ölçüsündə olan, Bellinshauzen adası ilə Monteqyu adası arasında yerləşən ada. Cənubi Sandviç adaları qrupuna daxildir. İnzibsti cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisidir. Digər adı Blanka adasıdır ().

Geologiya Ada öz növbəsində bir stratovulkandır. Vulkanın hündürlüyü 1100 metr təşkil edir. Adanın üzəri buzla ördülüdür. Sahilləri sıldırımlı və yüksəkdir. Son püskürmə 11 yanvar 1956-cı ilə təsadüf edir. Püskürmə nəticəsində adanln üzəri küllə örtülmüşdür. Vulkanın püskürməsi Tule adasından müşahidə edilmişdir. Alimlərin məlumatında görə püskürmə güclü olmuş və alov 200–300 metr səmaya qalxmışdır. Vulkanın aktivliyi 48 saat çəkmişdir. Həmin ilin martında bölgəyə Protektor () gəmisi göndərilmişdir. Aktivlik hələ də davam edir. 31 dekabr 1935-ci ildə belə püskürmə olması deyilir

Tarixi Ada ilk dəfə Ceyms Kuk tərəfindən 1775 ildə kəşf edilmiş və Avqust Hervi — 3 Bristol qrafı (). Ada haqqında dəqiq məlumatı Faddey Bellinshauzen tərəfindən verilmişdir. Adaya ilk yan alma 1908-ci ildə norveçli balina ovçusu Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir.

Mənbə Volcano Live

İstinadlar

Kateqoriya:Cənubi Sandviç adaları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları