Мolodyojnaya — Rusiya-Belarusa məxsus olan qütb stansiyası. 2006-ci ildən mövsümü stansiya kimi fəaliyyət göstərir. Stansiya ərazisində mövsümdə 15-20 nəfər işləyir.
Tarixi Stansiya Vladislav İosifoviç Qerboviç tərəfindən 1962-ci ilin fevralında Kosmonavtlar dənizi sahilində yerləşir. Uzun zaman Molodyojnaya stansiyası Sovet Antarktidasının paytaxtı rolunu oynayırdı. Bazada bir küçəyə düzülmüş onlarla tikili mövcud olmuşdur. Bu bazada eyni anda 150 nəfər yaşaya və işləyə bilərdi. Burada yaşayış komleksi, elmi-araşdırma laboratoriyası, yanacaq anbarı və aerodrom mövcuddur. Eniş zolağı İl-76 təyyarələrini sərbəst şəkildə qəbul edə bilir.
1990-cı illərdə stansiyada bir çox araşdırmalar aparılmışdır. 1999-cu ildə stansiya fəaliyyətini dayandırmışdır. 9 iyul tarixində isə Rusiya bayağı aşağı endirilmişdir. 2006-ci ildə Rusiya Antarktik ekspedisiyasının rəhbəri Valeri Lukin bəyan edir ki, əvvəllər fəaliyyətini dayandırmış Leninqradskaya, Ruskaya və Molodyojnaya stansiyaları fəaliyyətlərini bərpa edir. 2006-cı ildən stansiyada rus qütbçülər ilə yanaşı belarus ekspedisiyaçları da fəaliyyət gösyərir. 2013-cü ilin martına olan məlumata görə stansiyada 16 rusiya və 3 belarus qütbçüləri fəaliyyət göstərir.
İqlim Ən sotuq aylarda (iyul-avqust) temperatur — 19 °C, yavarda isə 0 °C təşkil edir.
İstinadlar
Xarici keçidlər Encyclopedia Astronautica Molodyojnaya Antarktidada yerləşən Rusiyaya məxsus olan qütb stansiyaları
Kateqoriya:Qütb stansiyaları Kateqoriya:Rusiya və Antarktida