Artur Kostler (; ) — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi.
Həyatı Yəhudi mənşəyli olan Artur Koster "On üçüncü qəbilə" və "Gözqamaşdırıcı zülmət" kitabları ilə böyük məşhurluq əldə etmişdir. Atası Leopold Kostler Şimali Macarıstana köçmüş rus yəhudilərindən idi. Roman, publististik yazılar, sosial fəlsəfə əsərləri və müxtəlif elmi-tarixi əsərlərin müəllifidir. 1931-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuş, yeddi il sonra, Böyük Britaniyaya köçməsi ilə partiyadan ayrılmışdır. 1940-cı illərin sonlarında ən tanınmış ingilis anti-kommunistlərdən biri kimi tanınmışdır. 1950-ci illərdə də aktiv şəkildə siyasi fəaliyyətini davam etdirən Kostler 1930-cu illər SSRİ-nin siyasi həyatıdan danışan Gözqamaşdırıcı zülmət əsəri ilə tanınmağa başlayır. Gözqamaşdırıcı zülmət məzmun və mövzu oxşarlığına görə Corc Oruellin "1984" romanı ilə müqayisə edilir. Müəllifin başqa bir əsəri olan "On üçüncü qəbilə" kitabında Əşkinazi yəhudilərinin Xəzərlərin soyundan gəldiyi tezisi irəli sürülür. Bu iddia bu gündə elm və siyasi dairələrdə müzakirə olunmaqdadır. Yazıçı eyni zamanda Britannika Ensiklopediyası üçün müxtəlif mövzularda yazılar yazmışdır. Parkinson Leykozdan əziyyət çəkən Artur Kostler 1983-cü ildə Londonda öz evində, həyat yoldaşı ilə birlikdə intihar etmişdir.
İstinadlar
Ədəbiyyat Atkins, J., 1956. Arthur Koestler. Buckard, Christian G., 2004. Arthur Koestler: Ein extremes Leben 1905–1983. ISBN 3-406-52177-0. David Cesarani, 1998. Arthur Koestler: The Homeless Mind. ISBN 0-684-86720-6. Iain Hamilton (journalist), 1982. Koestler: A Biography. ISBN 0-02-547660-2. Koestler, Mamaine, 1985. Living with Koestler: Mamaine Koestler's Letters 1945–51. ISBN 0-297-78531-1 or ISBN 0-312-49029-1. Levene, M., 1984. Arthur Koestler. ISBN 0–8044-6412-X Mikes, George, 1983. Arthur Koestler: The Story of a Friendship. ISBN 0-233-97612-4. Pearson, S. A., 1978. Arthur Koestler. ISBN 0-8057-6699-5.
Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Yəhudi yazıçılar Kateqoriya:Macarıstan jurnalistləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Parkinson xəstəliyindən əziyyət çəkən şəxslər Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XX əsrin Britaniya romançıları Kateqoriya:İkinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Sionistlər Kateqoriya:XX əsr filosofları