Füzuli Zülfü oğlu Məcidli – Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri, Beynəlxalq Türk Akademiyasının keçmiş vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, diplomat. 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür.

2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı prezidentinin müşaviri, 2021-2022-ci illərdə vitse-prezidenti və bir müddət prezident əvəzi olub.

2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib.

2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib.

2005-2012-ci illərdə İctimai Televiziyada redaktor, böyük redaktor, aparıcı və şöbə müdiri vəzifələrində çalışıb.

Həyatı Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.

Evlidir. İki övladı var. 250px|thumb|left|Füzuli Məcidli və Oljas Süleymanov

Elmi fəaliyyəti 2005-ci ildlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasına daxil olmuşdur. 2007-2010-cu illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi olmuşdur. “Qloballaşma və beynəlxalq münasibətlərdə paritetlik problemi” mövzusunda dissertasiya müdafiə edərək, 2014-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dünyanın müxtəlif ölkələrində onlarla elmi və publisistik məqalələri çap olunumuşdur.

Azərbaycan, Türkiyə, Fransa, Avstriya, İsveçrə, Xorvatiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Monqolustanda elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir.

İsveçrədə Sülh və Dialoq İnstitutunun “Sülhyaratma, vasitəçilik, münaqişələrin həlli və beynəlxalq mədəni əlaqələr” üzrə kurslarında iştirak edib.

Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı, "Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə” isə Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayevin imzasıyla Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub.

Jurnalist fəaliyyəti 1999-cu ildən müxtəlif mətbuat orqanlarında çalışmışdır. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) redaktor, böyük redaktor, şərhçi və şöbə müdiri, büro rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc”, “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin redaktoru və aparıcısı olmuşdur. Azərbaycan Televiziyasının Mərkəzi Asiya ölkələri bürosunun rəhbəri vəzifəsində çalışmışdır.

Elmi əsərləri Kitablar:

F.Məcidli. Qloballaşma - beynəlxalq münasibətlərdə paritetlik problemi. Bakı, “Elm və təhsil”, - 2015. – 242 s. Azərbaycan Xalq Cümhuriyyəti – 100. Nur-Sultan, Elm nəşriyyatı. 2019. -288 s. (Qazax dilində) Qarabağ: Azərbaycanın cövhəri – tarixi, mədəniyyəti, təbiəti. 2020. Elm nəşriyyatı. -256 s. (Qazax dilində) Mən cahana sığmazam. İ.Nəsimi. Nur-Sultan, Elm nəşriyyatı. 2019. -164 s. (Tərtibatçı: F.Məcidli), (Qazax dilində) Seçilmiş şeirlər. M.Cumabayev. (Altay, Azərbaycan, başqırd, qazax, qırğız, monqol, rus, özbək, türk dillərində. Azərbaycan dilinə çev.: F.Məcidli). – Astana, Elm nəşriyyatı. 2018. – 126 s.

Elmi Məqalələr: Azərbaycan və böyük dövlətlərin maraqları.

Qloballaşma – birqütblü, yoxsa çoxqütblü dünya?: ABŞ dünyanın təhlükəsizliyini özünün xüsusi "təhlükəsizlik qanadı" altında görür.

Qloballaşma və islam dini dəyərlərinin inkişafı.

Qloballaşmanın milli mədəniyyətlərə təsiri.

Dünyanın vahid mərkəzdən idarə olunması problemi və birqütblü dünya sistemi.

Qloballaşma və beynəlxalq münasibətlər sistemində paritetik problemi.

Qloballaşmanın milli strukturlara və idarəetməyə təsiri.

Qloballaşma və milli strukturların transformasiyası.

Influence of the Globalization on National Cultures.

Birqütblü dünya sisteminin təhlükəsizlik və stabillik baxımından təhlili.

Глобализация и развитие религиозных ценностей Ислама.

Qloballaşmanın beynəlxalq münasibətlər sisteminə təsiri, güc və aktorların dəyişən təbiəti.

Тенденции развития отношений между основными силовыми центрами с многополярной призмы.

Küreselleşme, eğitim ve "tek tip insan".

Процесс глобализации – основные подходы и тенденции.

Azərbaycan Cənubi Qafqazda Avropa Birliyinin maliyyə yardımlarından asılı olmayan yeganə dövlətdir.

Türkdilli dövlətlərin vahid informasiya fəzasının formalaşması: tarixi zərurətdən doğan reallıq və gələcəyə baxış.

Administration, Foreign Policy and Diplomacy of the Turkic Khaganate.

Türk Dünyasında Bilimsel Entegrasyon Sorunları ve Çözüm Önerileri.

Ortaq türk terminologiyası strateji əhəmiyyət qazanır.

Türk Devletlerinin Entegrasyonu ve Güvenliğinin Temeli Olarak "Tek Bir Bilgi Alanı".

İstinadlar

Filmoqrafiya “Ortaq Məxrəc” “Rəqəmsal dünya” “İnformasiya cəmiyyəti” “Muzey şəhər Vyana” 2 hissədə, “Tullantılarla isinən şəhər” “Dünya İctimainin gözü ilə - Macarlar” “Böyük Turan – Hun-Türk Qurultayı” “Sülh könüllüləri”

Təltif və mükafatları 2018-ci ildə Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı ilə təltif edilib. 2020-ci ildə "Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə” isə Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayevin imzasıyla Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib. Mükafatı Qazaxıstan xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev təqdim edib.Akademiyasının vitse-prezidenti Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:İctimai TV-nin (Azərbaycan) jurnalistləri Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:Azərbaycanlı politoloqlar Kateqoriya:Cəlilabad rayonunda doğulanlar