"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi."Çudo Peçka"nın 10 mağazası bağlanıb — 4-ü qalıb . qafqazinfo.az, 26.10.2016

Tarixi Çingiz Cəlilov tərəfindən yaradılmış "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır. 2024-cü ilin mayına olan məlumata görə "Çudo Peçka"nın 150 milyon manatdan çox borcu var.

Mükafatları 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib. 2005 – İngiltərədnin paytaxtı Londonda "Bəynəlxalq Keyfiyyət Tacı" ilə mükafatlandırılıb. 2005 – İsveçrənin Cenevrə şəhərində "Century International Diamond Quality Era Award"a layiq görülüb. 2006 – Beynəlxalq Biznes Şurası "Milli İqtisadiyyatın Lideri" olması münasibətilə "Çudo Peçka"nı "Şərəf Ordeni" ilə təltif edib. 2006 – Azərbaycanda "Uğur" mükafatlandırılmasında "İlin Şirkəti" elan olunub. 2012 – Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Moskva şəhərində yerləşən Şokolad Məktəbi tərəfindən mükafatlandırılıb.

İstinadlar

Kateqoriya:6 iyunda yarananlar Kateqoriya:2001-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Qida şirkətləri