Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır.
Tarixi 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb.
Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib. Qəzetin amalı türkçülük, vətənpərvərlik, dövlətçilik olub.
İstinadlar
Xarici keçidlər "20 yaşlı "Ədalət" Aqil Abbasla qoşa qanaddır". "Şərq" qəzeti.-21.07.2010. s.8. 30 ilin "Ədalət"i - Yubiley. "525-ci qəzet". 29.07.20 "Ədalət" qəzetinin 30 il fasiləsiz yolu
Kateqoriya:Azərbaycan qəzetləri