Tırtov adası — Nordenşeld arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Yerləşməsi Arxipelaqın ucqar cənub-şərq qutaracağlnda qəraralaşır. Şərq adaları qrupuna daxildir. Üstəlik öz qurunun ən cənub adasıdır. Şimalında Bianki adası yerlışir. Şərqində iki elə də iri olmayan ada vardır: Jeleznyakov adası vı Lovson adası. Qərbində yerləşən Paxtuson adasından Lelin boğazı ilə ayrılır. Cənubunda yerləşən adalardan isə Matisen boğazı ayırır. Rusiyanın materik hissəsi ilə arasında məsafə 35 km-dir.

Görünüşü Ada buzdan azaddır. Ada ensiz uzantı formasında şimaldan cənuba uzanaraq Y hərifinə bənzəyir. Şimal-qərbində belə də böyük olmayaq yarımada vardır. Adanın şimalda Karluk burnundan cənub-şərqdə Vıxodnov burnuna qədər olan məsafəsi 16 km təşkil edir. Eni bir necə metrdən daxili hissələrdə 5–6 km, cənuba goğru isə daha da genişlənir. Adanın ətraflarının parçalı olması bir çox körfəzlərin yaranmasına səbəb olmuşdur. Vıxodnı burnu iləBarletta burnu arasında Yujnaya buxtası, Qaleçnı yarımadası ilə adanın mərkəzi hissəsi arasında Nedzveski buxtası, Olenı burnu ilə Melvill burnu və adanın qərbi arasında isə Nord buxtası yerləşir. Adanın böyük hissəsini hündürlüyü 12-36 metr olan qayalıqlar örtmüşdür. Adanın ən hündür nöqtəsi 36 metrdir. Buhündürlük adanın mərkəzi hissəsində Melvill burnu rayonunda yerləşir. Adanın sahil hissəsi daşlıqlarla örtülüdür. Burada daimi axarlara malik olmayan çaylar vardır. Demək olar ki, ada boyunca şirinsulu göllərə rast gəlinir. Melvill burnu və cənub hissə bataqlaşmışdır.

Tarixi Ada ilk dəfə 1901-ci ildə Zarya şxununda Eduard Vasileviç Tollun rəhbərlik etdiyi eksoedisiya tərəfindən kəşf edilmişdir. Ada rus admiralı Pavel Petroviç Tırtovun şərəfinə adlandırılmışdır. İlk əvvəllər adanın yalnız şimalına bu ad verilmişdi. Toll oranı ayrıca ada gesab edirdi. 1939-cu ildə ki, araşdırma hər keyə aydınlıq gətirmişdirArktika xəritəsində adlar, Tırtov Pavrl Petroviç.

1940-cı ildə adanın Qaleçnaya yarımadasında Tırtov qütb stansiyası fəaliyyətə başlayırArktikada qütb stansiyaları. Hazlrda belə fəaliyyət göstərir.

Burada olan bir çox coğrafi adlar məşhur adaların şərəfinə adlandırılmışdır: Melvill burnu ABŞ qütb araşdlrmaçısı Corc Volles Melvillin şərəsinə adlandırılmışdırArktika xəritəsində adlar, Corc Melvill. Nedzveski butası isə sovet qütb araşdırmaçısı İosif Markoviç NedzveskiArktika xəritəsində adlar, İosif Markoviç Nedzveski şərəfinə adlandırılmışdır. İstinadlar

Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları