Vəli Ləzgiyev və ya təxəllüsü ilə Səyyar Vəli — Azərbaycan şairi, hərbçisi, İkinci Dünya müharibəsi iştirakçısı. O, partizan hərəkatında iştirak etmişdir.

Həyatı Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.. anl.az Məmməd Dəmirçioğlu Ədalət.-2011.-10 dekabr.- S.18.

1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. İkinci Dünya müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.. Qazax information centre

Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan partizanları