Göyük — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Göyük kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Göyük kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyük kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Köyük oykonimi türk dillərindəki köyük sözündən olub, təmizlənmiş meşə yeri" anlamındadır. Çox ehtimal ki, kənd salındığı ərazinin adı ilə adlandırılmışdır. Köyük toponimini türk dillərində müxtəlif məna ifadə edən köyük sözü ilə əlaqələdirən araşdırıcılar var. Köyük sözü "ceyran", "xallı maral" mənasındadır. Yevlax rayonunda da Köyük kəndi var. Rusiyanın Başqırdıstan ərazisində, İskə Köyək, Yanqı Köyək adlı kəndlər də mövcuddur.Nazim Tapdıqoğlu Ağcabədi Ensiklopediyası Bakı,2007
Əhalisi Əhalisinin sayı 773 (01.01.2007-ci il üçün) nəfərdir.
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağcabədi rayonunun kəndləri