Havar adaları () — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir.

Coğrafiyası və təsviri Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələ də dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır. Adanın uzunluğu 18 km, eni 5,2-0,9 km arasında dəyişirP. Krombe, М. de Dappe, E. Henrik. An archaeological survey of Hawar Island (Bahrain) , noyabr 2001, səh. 143. Adaların iqlim tipi səhradır. Burada daimi yaşayış yeri demək olar ki yoxdur. Arxipelaqda yeganə gözə dəyən tikili Best Western mehmanxanasıdır. Mehmanxana arxipelaqın ən iri adası olan Havarın sahilində qərarlaşır. Bu obyektdə ümumilikdə 140 otaq fəaliyyət göstərir. Adanın qərb sahilində yerləşən mehmanxana 2014-cü ilin fevralında təmirdən sonra yenidən açılmışdırBest Western to open Bahrain resort next month . Mehmanxana yaxınlığında polis qarnizonunun binası yerləşir. Belə ki, adaya düşmək hər kəsə nəsib olmur. Bura giriş məhduddur. Arxipelaqda su demək olar az tapılır.

Arxipelaqda xüsusi ilə quşlar arasında Socotra cormorant növü geniş ysyılmışdır. Halbuki, bu növün dünyada tükənmə təhlükəsi vardır. Məməlilərdən Ərəb köpgəröküzü və ceyranları müşshidə etmək olar. Sahil sularında isə Dyoqonlar yayılmışdırDugong .

Tarixi XIX əsrin əvvəllərində adalarda Davasir qəbiləsinə aid Bədəvilər yaşayırdı. Qərb səyyahları adaları 1820-ci ildə ətraflı şəkildə araşdırmış və onları Uorden adaları adlandırmışlar. O zaman adalarda cəmi iki kənd qeydə alınmışdır. 1997-ci ildən adalsr Ramsar konvensiyasına daxil edilmişdir. Hüquqi cəhətdən adaların mikə mənsub olması məsələsi üzərində mübahisələr hələ 10 illiklərdə davam etmişdirBeynəlxalq dəniz sərhədləri. Cild 4. səh. 2844 ISBN 904111954X. 16 adadan üçünün Bəhreyn və Qətər arasınd mübahisə predneti olmaqdan 2001-ci il anlaşması ilə çıxarılmışdırMaritime Delimitatioiv and Teirritorial Questions Between Qatar and Bahrain (Qatar v. Bahrain) (Merits) . Buna qədər isə adalar Bəhreynin ayrıca muxafazasına daxil idi. 1997-ci il Ramsar kovensiyasına daxil edilən adalarla bağlı mübahisə aradan qalxmışdır. 2004-cü ildə Bəhreyn Havar arxipelaqını UNESKO Ümumdünya irsi siyahısına daxil etmək istəyərkən onun bu iddiası təmin edilməmişdirWorld Heritage Nomination — IUCN Technical Evaluation Hawar Islands . İstinadlar

Mənbə Bahrain’s Initial Communications to the United Nations Framework Convention on Climate Change axipelaqa daxil 12 iri ada haqqında məlumat The Hawar Archipelago Ropoqrafik zəritə Havar adaları

Kateqoriya:Bəhreyn adaları Kateqoriya:Qətər adaları Kateqoriya:Bəhreynin ərazi mübahisələri Kateqoriya:Qətərin ərazi mübahisələri Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Fars körfəzi adaları Kateqoriya:Asiyanın arxipelaqları