Tərtər rayonu (əvvəlki adı: Mirbəşir rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Tərtər şəhəridir.

İnzibati ərazi bölgüsü TƏRTƏR   RAYONU - 61100001

İnzibati ərazi dairələrinin sayı:                                           Ərazi vahidlərinin sayı:

Şəhər     .               .                 1           Şəhər     .               .               .                  1

Qəsəbə  .               .                 -            Qəsəbə  .               .               .                  -

Kənd      .               ..              28          Kənd      .               .               .               50 KODLARADLARKODLARADLAR61101005

61101014

61103005

61103018

61103028

61103038

61127005

61127018

61122005

61122018

61122028

61123005

61123018

61123028

61128005

61128018

61128028

61104005

61104018

61104028

61129005

61129018

61129028

61130005

61130018

61124005

61124018

61124028

61124038

61131005

61131018

61132005

61132018

61133005

61133018

61113005

61113018

61134005

61134018

61135005

61135018  1. Tərtər şəhər iəd

     T ə r t ə r   ş.

 2. Azad Qaraqoyunlu kənd iəd

     A z a d   Q a r a q o y u n l u   k.

               Aşağı Qapanlı k.

             İlxıçılar k.            

 3. Bəyimsarov kənd iəd

     B ə y i m s a r o v   k.

 4. Borsunlu kənd iəd

     B o r s u n l u   k.

               Qırmızı Saqqallar k.

 5. Buruc kənd iəd

     B u r u c   k.

               Güləbatlı k.

 6. Cəmilli kənd iəd

     C ə m i l l i   k.

               Bala Kəngərli k.

7. Dəmirçilər kənd iəd

     D ə m i r ç i l ə r   k.

               Ağkənd k.

8. Düyərli kənd iəd

     D ü y ə r l i   k.

               Yuxarı Sarıcalı k.

9. Evoğlu kənd iəd

     E v o ğ l u   k.

10. Ələsgərli kənd iəd

     Ə l ə s g ə r l i   k.

               Bayandur k.

               Yenikənd k.

11. Əskipara kənd iəd

     Ə s k i p a r a   k.

12. Hacıqərvənd kənd iəd

     H a c ı q ə r v ə n d   k.

13. Hüsənli kənd iəd

     H ü s ə n l i   k.

14. Xoruzlu kənd iəd

     X o r u z l u   k.

15. İrəvanlı kənd iəd

     İ r ə v a n l ı   k.

16. İsmayılbəyli kənd iəd

     İ s m a y ı l b ə y l i   k. 61136005

61136018

61136028

61137005

61137018

61138005

61138018

61106005

61106018

61106048

61106038

61107005

61107018

61107038

61140005

61140018

61108005

61108018

61108028

61110005

61110018

61110048

61109005

61109018

61109028

61109058

61109048

61109038

61141005

61141018

61142005

61142018

61112005

61112018

61112028

61112038

61139005

61139018

61139028 17. Kəbirli kənd iəd

     K ə b i r l i   k.

               Bayandurlu k.

18. Kəngərli kənd iəd

    K ə n  g ə r l i   k.

19. Köçərli kənd iəd

     K ö ç ə r l i   k.

20. Qaraağacı kənd iəd

     Q a r a a ğ a c ı   k.

               Qapanlı k.

               Yuxarı Qaradağlı k.

21. Qaradağlı kənd iəd

     Q a r a d a ğ l ı   k.

               Təzəkənd k.

22. Qaynaq kənd iəd

     Q a y n a q   k.

23. Mamırlı kənd iəd

     M a m ı r l ı   k.

               Poladlı k.

24. Sarıcalı kənd iəd

     S a r ı c a l ı   k.

               Zolgəran k.

25. Sarov kənd iəd

     S a r o v   k.

               Bildirçinli k.

               Kövdadıq k.

               Rəcəbli k.

               Umudlu k.

26. Seydimli kənd iəd

     S e y d i m l i   k.

27. Səhləbad kənd iəd

     S ə h l ə b a d   k.

28. Soyulan kənd iəd

     S o y u l a n   k.

             Alışarlı k.

             Hacallı k.

29. Yuxarı Qapanlı kənd iəd

     Yuxarı Q a p a n l ı   k.

               Qazyan k.

Tarixi İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.

1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920–1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb.

24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir.

27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır.

5 avqust 1949-cu ildə Mirbəşir Qasımovun adının əbədiləşdirilməsi məqsədilə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır.

4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır.

7 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin 54-XII nömrəli Qərarının "Mirbəşir rayonu üzrə" hissəsi ilə ilə Mirbəşir şəhəri Tərtər şəhəri və müvafiq olaraq Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır.

13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə şəhəri, Şıxarx qəsəbəsi və 26 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir.

Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır.Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri

Tərtər rayonunun əvvəllər ərazisi 412 km² olmuşdur. Rayonun əvvəllər 1 şəhəri Tərtər şəhəri 50 kəndi bunlardır Ağkənd, Alışarlı, Aşağı Qapanlı, Azad Qaraqoyunlu, Bala Kəngərli, Bayandur, Bayandurlu, Bəyimsarov, Bildirçinli, Borsunlu, Buruc, Cəmilli, Dəmirçilər, Düyərli, Evoğlu, Ələsgərli, Əskipara, Güləbatlı, Hacallı, Hacıqərvənd, Hüsənli, Xoruzlu, İlxıçılar, İrəvanlı, İsmayılbəyli, Kəbirli, Kəngərli, Köçərli, Kövdadıq, Qapanlı, Qaraağacı, Qaradağlı, Qaynaq, Qazyan, Qırmızı Saqqallar, Mamırlı, Poladlı, Rəcəbli, Sarıcalı, Sarov, Seydimli, Səhləbad, Soyulan, Təzəkənd, Umudlu, Yenikənd, Yuxarı Qapanlı, Yuxarı Qaradağlı, Yuxarı Sarıcalı, Zolgəran kəndləri olub. 2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtərin Qırmızı Saqqallar, Talış kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi. Sonralar isə Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 26 kəndi, 1 şəhəri Ağdərə şəhəri və 1 qəsəbəsi Şıxarx, yəni 548 km² ərazisi Tərtər rayonunun inzibati ərazi vahidinə daxil edilmişdir.

Qarabağ müharibəsi Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Müharibə dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub. Son 5 il ərzində 15 nəfər tərtərli ermənilərin basdırdığı minalara düşüb.TƏRTƏRDƏ MÜHARİBƏDƏN ƏZİYYƏT ÇƏKƏN İNSANLAR ÜÇÜN MƏRKƏZ AÇILIB

Ermənilər Birinci Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. O dövrdə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.Tərtər – strateji bölgə Birinci Qarabağ müharibəsi zamanı Tərtər ərazi özünümüdafiə batalyonu qəhrəmanlıq göstərsə də, Tərtər rayonunun bir sıra məntəqələri erməni qüvvələri tərəfindən işğal olunmuş və uzun zaman bölgədə təmas xətti yaranmışdır. Atəşkəs tez–tez pozulmuş və atıcı silahlardan intensiv atəşə tutulmuşdur. 2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndində baş verən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub. Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.

Ağdərə rayonundan Tərtər rayonuna verilmiş 28 yaşayış məntəqəsindən Şıxarx qəsəbəsi, Həsənqaya, Qızıloba kəndləri Azərbaycanın nəzarətində idi. 2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq 1 şəhəri 21 kəndi isə Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Oratağ, Canyataq, Çardaqlı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül, Göyarx, Gülyataq, Kiçik Qarabəy, Qasapet, Lüləsaz, Meqrelalay, Ortakənd, Seysulan, Təpəkənd, Ulu Qarabəy, Umudlu, Yarımca, Zəylik kəndləri 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.

Tarixi və memarlıq abidələri Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.

Rayonda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyimsarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.

Coğrafi mövqeyi 300px|thumb|right|Tərtər rayonunun xəritəsi (1991-2023) Rayonun sahəsi 109 km² (01.12.2023), əhalisi 102,500 min nəfərdir (01.01.2016).

Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçınçay axır. Rayonun səthi şimal–şərqində düzənlik, cənub–qərbində dağlıqdır. Dağlıq sahədə təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir.

Rayonun səthi şimal–şərqdə düzənlik, cənub–qərbdə dağlıqdır. Murovdağ zirvəsinə daxil olan Eldəydaş 2150 m, Qlobus yüksəkliyi 951 m, Şahbulaq dağı 482 m-dir. Dağlıq sahədə Yura–Təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızıl. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru–çöl tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda 2 °C–7 °C dərəcə, iyulda 22–27 °C-dir. İllik yağıntı 300–500 mm-dir. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçınçay axır. Ərazisi şabalıdı, boz və çəmən–boz torpaqlardan ibarətdir. Yovşanlı–şoranotulu yarımsəhralar, seyrək kollu çəmənliklər, meşələr və subalp çəmənləri yayılmışdır. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır. Rayon Kür–Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Burada neft yataqları, tikinti materialları mövcuddur. Rayonun ərazisində 58 yaşayış məntəqəsi vardır. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olmuşdur.

Tərtər rayonu Kiçik Qafqazın şimal–şərq ətəklərində və Qarabağ düzündə yerləşdiyindən burada iqlim yayda quraq isti keçən yarımsəhradır bəzi illərdə yayda hətta 41 °C-temperatur qeydə alınır. Rayonda illik temperatur 11,5 °C-dir Tərtərdə indiyədək qeydə alınmış ən yüksək temperatur müsbət 43 °C dərəcə olub.

Əhalisi

İqtisadi xarakteristikası