Malakka Ədəbiyyat Muzeyi () — Malayziyanın ədəbi əsarlərinin qorunduğu və Malayziyanın Malakka ştatının eyniadlı paytaxtında yerləşən muzey.

Tarixi Muzeyin binası Malakkada Müqəddəs Pavel təpəsində Britaniya Malayziyası zamanı tikilmişdir. Daha əvvəl bina Malayziyanın baş nazirinin iqamətgahı kimi istifadə olunurdu. Sonra bina həbsxana kimi istifadə olunmağa başlamışdır. 1957-ci ildə Malayziya müstəqillik qazandıqdan sonra binada Dövlət İnkişaf Nazirliyinin Malakka ofisi () yerləşirdi. Ofis 1974-cü ilə qədər mövcud olmuşdur. 1974-cü ildə binada Malakka Ədəbiyyat Muzeyini yaratmaq barədə qərar qəbul edilmişdir.

Muzey 1984-cü ildə Malakka ştatının baş naziri Mohd Zin Əbdül Qani tərəfindən rəsmən açılmışdır.

2008–2009-cu illərdə muzeydə 1,7 milyon Malayziya ringiti (400 min ABŞ dolları) dəyərində əsaslı təmir həyata keçirilmiş, 1 avqust 2009-cu ildə muzey yenidən ictimaiyyətə açılmışdır.

Arxitektura Binanın arxitekturası klassik Malayziya stilində hazırlanmışdır. Muzey iqamətgahın dizaynına malikdir. Binanın yeraltı hissəsi qonaq otağı kimi tikilmişdir. Muzey ikimərtəbəli binadan ibarətdir. Muzeyi əsas binaya yanaşdıran ayrı əlavə tikili tikilmişdir.

Sərgi Muzey eksponatlarının materialları Malakkanın, Munsui Abdullanın əsərlərinin və malayziyalıların xalq yaradıcılığının tarixi yazılarına aiddir. Muzeyin ön hissəsi freskalarla bəzədilmişdir. Bu freskalar Malayziyanın yazısının təkamülünü təsvir edir. Daş lövhəciklərin istifadəsindən ərəb əlifbasının tətbiqinə qədər olan təkamül kompüter və klaviatura kimi müasir alətlərlə bitir.

Həmçinin muzey 16-cı əsrdə yazılmış malayziyalıların erkən yazı nümunələrini təqdim edir. Malayziya müəlliflərinin töhfələri və dövlət qanunlarına İslamın təsiri haqqında kitablar muzeydə mövcuddur. Sərgilər kiosklarda qrafik panellərlə, sərgi bokslarıyla, audio və vizual effektlərlə və bukletlərlə nümayiş olunur.

İş vaxtı Muzey həftəiçi hər gün səhər saat 9:00-dan 17:30-a qədər fəaliyyət göstərir.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Malakka muzeyləri