Müqəddəs Bakirə Məryəm kafedralı () — Viltşir qraflığının cənubundakı Solsberi şəhərində yerləşən anqlikan kilsəsi və eyniadlı yeparxiyanın yepiskop iqamətgahıdırHarry Batsford, Charles Fry: The Cathedrals of England, S. 83.. Kafedral Müqəddəs Bakirə Məryəmin şərəfinə təqdis olunduğu üçün onu həmçinin qeyri-formal olaraq "Məryəm kafedralı" () da adlandırırlar. Kafedral yeparxiyasının tabeliyində olan torpaq sahəsi Dorset ilə Uayltşirin kifayət qədər geniş ərazisini əhatə edir, kafedrala həmçinin çoxsaylı drenaj və suaşıran sahələr də məxsusdur, prixod mənsublarının ümumi sayı isə 750 000 nəfərə yaxındırHandzettel aus dem Jahr 2000, anlässlich eines Besuchs der Kathedrale ausgegeben..

Kafedral çox qısa bir zaman içərisində, daha doğrusu cəmi 38 ilə inşa edildiyi üçün Early English adlanan erkən ingilis qotika üslubunun ən təmiz və zamanla digər üslubların təsirinə uğramayan yeganə dini tikili nümunələrindən biri hesab edilir. Tez bir zaman çərçivəsində inşaat işlərinin tamamlanması üçün həlledici amillərdən birisi, geniş və azad torpaq sahəsinin mövcudluğu və kral III Henrinin külli maliyyə dəstəyi idi.

XIV əsrin başlanğıcında bitkin şəklə salınmış olan kafedral kilsəsinin 123 metr hündürlüyə malik mərkəzi xaçvari zəng qülləsi Böyük Britaniyanın ən hündür kilsə nöqtələrindən biri hesab edilir. Həmin qüllə, sakral tikilini Kenterberi və Linkoln kafedralları, eləcə də Vestminster abbatlığı ilə yanaşı bütövlükdə Orta əsr kilsə inşaatçılığının ən mühüm eksponentlərindən və ingilis qotikasının əsas quruluşlarından birinə çevirirUte Engel: Architektur der Gotik in England, S. 118/119.Clifton-Tylor: S. 99–106.

Tarix

Əvvəlki kilsə 170px|thumb|left|Kafedralın qərb fasadında 1220-ci ildən etibarən kafedralın inşasına nəzarət etmiş yepiskop Riçard Purun heykəli. Yepiskop əlində kafedralın modelini tutur. İngiltərə torpaqlarının normand qoşunları tərəfindən istila edilməsindən sonra, kral Fateh I Vilhelm tərəfindən 1066-cı ildə imzalanan göstərişinə uyğun olaraq, hakim şəxslərə məxsus bütün ingilis iqamətgahları, eləcə də yepiskopluq mərkəzləri istehkamlı mühafizə ərazilərinə köçürülməli idi. Beləliklə Şerborn yeparxiyasının yepiskopluq mərkəzi 1072–1075-ci illər arasında Köhnə Sarum adlanan yaşayış məntəqəsinə köçürülür və yeni ərazidə Motti-beyli ilə birlikdə yeni kafedralın əsası qoyulur (Mott və beyli — çəpərlə ətrafına çəkilmiş həyəti özündə təşkil edən erkən Orta əsr qalasının xüsusi tipidir. Onun içərisində və ya bilavasitə yaxınlığında adətən donjon adlanan baş qalailə tamamlanmış hündür təpə yerləşir. Şerborn yeparxiyasının adı daha sonralar Solsberi diosezi şəklində dəyişdirilmişdir. Əslən Köhnə Sarumdan olan normand yepiskopu Osmundun üzrərinə kral Vilhelm tərəfindən olduqca məsuliyyətli məsələ qoyulmuşdur; o, "Qorxunc məhkəmə" adlı kitabı tərtib etməli idi (1085–1086-cı illər arasında tərtib edilmiş olan bu kitab, Orta əsr Avropasının ilk ümumi torpaq siyahıyaalınmasının məcəllə külliyyatı idi). 1107-ci ildən başlayaraq, düz 1139-cu ilə kimi yepiskopluq fəaliyyətini icra etmiş, daha sonralar isə İngiltərə lorkansleri və baş xəzinədarı vəzifələrinə təyin edilən Rocer Le Poerin sifarişi ilə 1120/25-ci illər arasında Köhnə Sarum kafedralının genişmiqyaslı rekonstruksiya işləri yerinə yetirilmişdir.

Həmin roman (həmçinin normand) üslublu kilsə binasının üçaşırımlı transepti, həmçinin 3 ədəd nefi və fligeri vardı. Kafedral qərb tərəfdən ikiqülləli fasada, şərq tərəfdən bir qədər uzadılmış olan xor evi və düzbucaqlı kapellalara, şimal tərəfdən üstüörtülü qalereyalara, "reflektorium" adlandırılan monastır yeməkxanasına və həmçinin portallı cənub vestibülünə malik idi. Bundan başqa şimal tərəfdəki köndələn binada monastırın baş xəzinə və saxlanc yeri yerləşirdi. Kafedralın şərq qanadı daxilə doğru yarımdairəvi, xaricə doğru isə düzvə aksial divarlarla əhatələnən kapella tikililəri ilə tamamlanmışdırGünter Kowa: Architektur der Englischen Gotik, S. 61/62.. Bundan başqa, ilkin kafedralın kapitel başlıqları, eləcə də heyvani qrimaslar ilə bəzədilmiş olan müxtəlif ornametlər günümüzdə Solsberi şəhərinin bələdiyyə idarəsinə məxsus "Kral evi" muzeyində sərgilənir; bununla belə bu eksponatların bir qismi həmçinin kafedral məhəlləsinin həyətində (ziyarətçilərə giriş bağlıdır) və üstüörtülü qalereyada da yerləşdirilmişdir.

Kafedralın genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin uğurlu olmasına baxmayaraq, kafedrala məxsus boş ərazilərin sahəsi tədricən azalır və Köhnə Sarumun qonaqsevməz yüksək təpələrinə daha da yaxınlaşırdı. Kafedralın genişlənərək, təpələrə doğru bilavasitə yaxınlaşması nəticəsində, ruhani icması ilə kral qəsrinin heyəti arasında olan münasibətlər gərginləşməyə başlayır. Münaqişənin baş verməsinə başlıca səbəb olaraq, təpə ərazisində olan su ehtiyatlarının artıq iki icma tərəfindən istifadəsi və onun kəskin şəkildə azalması göstərilir. Vəziyyətin stabilləşməsi üçün əsasən böyük mehtərlərə toplanaraq, çarvadarların köməyi qəsrə daşınılan su ehtiyatları müqabilində, zəngin lordlar kompensasiya kimi monastıra xüsusi vergi ödəməyə razılaşırlar. Bunun mənfi tərəfi isə, suyun artıq bir qədər əlçatmaz olması idi; belə ki, suya imkanı olan insanların sayı (suyu həmçinin yerli sakinlər də əldə etməyə çalışırdılar) kəskin şəkildə məhdud idi və qəsrə giriş ancaq yazılı icazə əsasında mümkün idi.

Yerli lordlarla mübarizədən yorulan Sarum yepiskopu Herbert Pur, 1194 və 1217-ci illər arasında kafedralın yeni əraziyə köçürülməsi barəsində layihələr hazırlamağa başlayır. 1217-ci ildə onun vəfatından sonra, qardaşı Riçar Pur (1217–1228) yepiskopluğun idarə edilməsi vəzifəsini öz üzərinə götürməyi qərara aldı. O, gənc yaşlarında Paris şəhərinin Sorbonna Universitetində Stiven Lenqtonun rəhbərliyi altında mükəmməl ilahiyyat fənnini mənimsəmiş və daha sonralar öz müəlliminin ən etibarlı silahdaşına çevrilmişdir. Lenqtonun özü geniş şəkildə hələ 1215-ci ildə Magna Carta adlı sənədin tərtibatına cəlb edilmişdir (bəzi tədqiqatçılar qeyd edirlər ki, Vilhelm Fatehin İngiltərəni işğalından sonra məhz bu Xartiyanın qəbulu prosesində İngiltərə özünü vahid şəkildə göstərdi. Xartiyada ilk dəfə olaraq əhali normandiyalılara və yerlilərə bölünməyərək vahid xalq — ingilislər kimi göstərilməyə başladı. İngiltərə qanunları hamıya şamil edilirdi). Magna Carta sənədinin dörd salamat qalmış orijinal vərəqlərindən birisi bir neçə onilliklər ərzində kilsədə saxlanılırdı. Riçard Pur kafedrala rəhbərlik etdiyi dövrdə kapitul üzvləri olmuş kanoniklər barəsində Roma Papası III Honoriyə şikayət məktubu yazmış və ondan, kafedralın su ilə dolu düzənliyə daşınılmasına dair icəzə verməsini xahiş edirdi. Roma Papasının yazılı icazəsindən bir ildən sonra, şəhər şurası Eyvon çayının (de) sahilində inşaat üçün yeni torpaq sahəsini seçir.

Yeni kafedralın tarixi 250px|thumb|right|XVII əsr çex rəssamı Vatslav Hollar tərəfindən çəkilmiş qravürdə Solsberi kafedralı təsvir edilib. İngiltərənin bir çox kafedral kilsələri kimi, Solsberi kafedralının tarixi də öz kökləri ilə normand dövrünə aid edilirdi, lakin o, roman üslubunda inşa edilmiş ilkin dini tikilinin üzərində yenidənqurma işlərinin köməkliyi ilə təkrarən ucaldılmamışdır, o, bunun əksinə olaraq Yeni Sarum adlandırılan mənzərəli əraziyə köçürülmüşdür (XVI əsrdən etibarən bura özünün müasir Solsberi adını əldə etmişdir). Qotik üslublu digər kafedrallardan fərqli olaraq, Solsberi kafedralı belə demək mümkün olarsa, sıfırdan boş və kimsəsiz bir yaşıl çəmənlik sahəsində öncədən planlaşdırılmış ahəngdar layihə əsasında inşa edilmişdir. Yeni kafedralın inşası 1220-ci ildə başlanmışdır; həmin iin aprel ayının 28-də binanın təntənəli təməlqoyma mərasimi baş tutmuşdurThe cathedral of Salisbury: From the foundation to the fifteenth century auf british-history online.. Kafedralın tikintisi ilə paralel olaraq geniş və hər tərəfdən çəpərlənmiş xüsusi ruhani ərazi yaradılmışdır (bu cür ərazilərin yaradılması, o dövrün ingilis kafedralları üçün olduqca xas idi).

Qrunt sularının yüksək səviyyəsinə görə, yeni kafedralın dörd futa (təxminən 1,30 metrə) bərabər olan qalın bünövrəsi torpaqda dərinləşdirmə metodu ilə möhkəmləndirilmişdir. Artıq 1225-ci ildə Müqəddəs Üçlük kapellasında yerləşdirilmiş üç altarın bəzədilmə işləri tamamlanmış və ruhani şəxslər tərəfindən müqəddəsləşdirilmişdir. Möhtəşəm təqdisetmə mərasiminə öncədən dəvət olunmuş Kenterberi və Dublin arxiyepiskopları, eləcə də İngiltərənin məşhur ilahiyyatçı alimi və siyasətçisi Stefan Lenqton və o dövrün sözükeçər salnaməçilərindən biri olmuş Anri de Lundr da təşrif buyurmuşdularDaniel Baumann: Stephen Langton: Erzbischof von Canterbury im England der Magna Carta (1207–1228) in Band 144 von Studies in medieval and Reformation traditions, BRILL, 2009, S. 391–393..

Qısa müddət sonra kafedralı kral III Henri ziyarət edir və onun möhtəşəmliyindən valeh olan hökmdar Yeni Sarum qəsəbəsinin statusunu "bazar şəhərinə" kimi yüksəldir. 1226-cı ildə kafedralın kapellasında ingilis sərkərdəsi, fransız mənşəli Plantagenetlər sülaləsinin ən məşhur nümayəndəsi olmuş kral II Henrixin kəbinsiz oğulu Uilyam Lonqspe dəfn edilmişdir. Qraf Uilyamın məqbərəsi hələ 1791-ci ildə identifikasiya edilmişdir. Həmçinin onun kəlləsinin daxilində aşkar edilmiş və olduqca yaxşı saxlanılmış siçovul cəsədinin üzərində çox aydın şəkildə arsen preparatının izləri müəyyən edilmişdir. Bu cür tapıntı, tarixçilərə qrafın zəhərləndirilərək öldürülməsi barəsində ehtimal irəli sürmələrinə imkan yaratdı. Siçovul hal-hazırda Solsberi kafedralında saxlanılır və muzey eksponatı kimi ziyarətçilərə göstərilir. Kafedralın daxilində ən birinci dəfn olunmuş qrafın məzarüstü uzanan fiquru ümumiyyətlə kafedralda quraşdırılmış ilk daş heykəl sayılır və tam ibadət libasında olan cəngavəri təsvir edir. Onun ardınca burada daha üç xələf yepiskopların da dəfnetmə məarisimi icra edilmişdir. 1228-ci ildə Riçard Pur İngiltərənin şimal-şərqində yerləşən Darem şəhərinə köçməyə qərara alır, lakin onun yoxluğu dövründə tikinti işləri dayandırılmırdı və Bingemdən dəvət edilmiş yepiskop Robertin təhbərliyi altında uğurla yerinə yetirilirdi. Məhz bu yepiskopun dövründə kafedralın orijinal görkəmə malik xor otaqları yaradılmışdır. Ustalar həmin dövrdə altarın üzərindəki damı tamamlayırlar, qərb transeptinin səthini qurğuşunlu boyalarla örtür və pəncərələrə rəngarəng şüşələrlə bəzəyirlər. 1240-cı illərdə nefin inşası nəhayət tamamlanmışdır.

1256-cı ildə baş yepiskop Braydportlu Cayls kafedralın taleyini öz əllərinə götürdü. İki il sonra, daha doğrusu 1258-ci ildə kafedralın tikintisi demək olar ki, tamamlanmışdır və kral III Henrinin iştirakı ilə təqdis edilmişdir. O, həmçinin kafedralı Yeni Sarum yepiskopluq mərkəzinin tabeliyinə verilməsi barəsində fərman imzalayır. Buna baxmayaraq, kafedral üzərində bəzək və tərtibat işləri davam edirdi. Beləliklə, XIV əsrin yazılı salnamələrinə əsasən, kafedralın 1266-cı ildə tamamlandığı ehtimal etmək olar. Ondan bir il öncə isə, qərb fasadının tərtibat işlərinə nəhayət son qoyulmuşdur. Böyük monastırın inşası 1270–1310-cu illər arasında, qapalı tikililərin və ayrıca yerləşən kapitul binasının yaradılması isə 1280-ci ilə kimi davam etmişdir. Ümumilikdə kafedral binası qeyri-adi qısa müddət ərzində inşa edilmişdir.

Orta əsrlərdə ruhanilər tərəfindən istifadə edilən kilsə binasının şərq hissəsi transeptin köməyi ilə hündür qərb köndələn binasından ayrılmışdır.