Ser Tomas Stemford Binqli Rafflz (, ) — Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis. Rafflz tarixdə müasir Sinqapurun əsasını qoyan şəxs kimi tanınır. O həmçinin Yava adasının Napoleon müharibələri zamanı zəbt edilməsi prosesindədə aktiv iştirak etmişdir. Rafflz Britaniya imperiyasının "ataları" kimi tanınmış şəxslərdən biridir.

Həyatı Rafflz "Enn" adlı gəminin göyərtəsində, Yamaykanın Port-Morant sahilləri yaxınlığında anadan olmuşdur. Atası kapitan Benjamin Rafflz idi. Anası isə holland əsilli idi. Atası qul alveri ilə məşğul idi və dünyasını dəyişəndə oğlunun 14 yaşı var idi. Atasından Rafflza böyük borc qaldığından o işləməyə məcbur idi. O ilk dəfə Britaniya Ost-Hind kompaniyasında işləməyə başladı.

Pinanq 1805-ci ildə onu Malaziyanın Pinanq bölgəsinə göndərdilər. Bununla da Rafflzın Cənub-Şərqi Asiya uzun müddətli bağlılığın əsası qoyuldu. Rafflz qubertanor Filipp Dundasanı rəhbərliyi altında xidmətə başladı. Tezliklə o qubernatorun katibi təyin olundu və Olvin Devenişlə evlənmiş, sonralar isə həyatının 20 ilində yanında olmuş Tomas Traverslə tanış oldu.

Malay Malay dilinin gözəl bilməsi Hindistanın genral-qubernatoru Hilbert Mintonun yanında hörmətinin artmasına kömək etdi. 1810-cu ildə artıq Rafflz Malayın qubernatoru vəzifəsinə göndərildi. Bu zaman malayın ilk yazıçısı olan Abdullah Bin Abdulqadir Muniş Raffılzın yanında məktub yazan və misyonerlərə malay dilini öyrədən vəzifəsində çalışmağa başlamış.

Sinqapur 28 yanavar 1819-cu ildə Rafflzın rəhbərliyi etdiyi ekspedisiya Sinqapur adasına yan aldılar. O adanın coğrafi və stateji mövqeyini yüksək qiymətləndirdi. Ada bu dövrdə Hollandiyanın vassalı olan Riau-Cohor sultanlığına məxsus idi. Sinqapura faktiki rəhbərlik edən Cohora ingilislər böyük bəxşiş verərək adada ingilis bölgəsinin yaradılmasına icazə aldılar. 1819-cu ilin fevralında sultan Husseyn-şahla Rafflz ingilislərin adaya olan hüququnu təstiqləyən müqaviləyə imza atdılar.Малайзия. Справочник. М.: Издательство «Наука», 1087, с.63

Ədəbiyyat

Nigel Barley (ed.), The Golden Sword: Stamford Raffles and the East, British Museum Press, 1999 (exhibition catalogue). ISBN 0-7141-2542-3.

Syed Muhd. Khairudin Aljunied. Raffles and Religion: A Study on Sir Thomas Stamford Raffles Discourse on Religion Amongst the Malays. Kuala Lumpur: Islamic Book Trust, 2004 (Marshall Cavendish Academic, 2005)

İstinadlar

Mənbə

Биография

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Alimlər Kateqoriya:Britaniya şərqşünasları Kateqoriya:Britaniya siyasətçiləri