Xalçaçı günü – hər ilin 5 may tarixində Azərbaycanda qeyd olunan peşə bayramı.
Tarixi 5 may tarixinin Xalçaçı günü kimi qeyd olunması Azərbaycan prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə hər il müəyyənləşdirilmişdir. Belə ki, 5 may "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gündür.
Tədbirlər Xalçaçı günü müxtəlif tədbirlər və festivallarla qeyd olunur. Azərbaycan Xalça Muzeyi və ölkədəki digər xalça muzeylərində günlə əlaqədar tədbirlər keçirilir. 2024-cü ilin 4–5 may tarixlərində Azərbaycanda ilk dəfə olaraq Milli Xalça Festivalı keçirilmişdir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Xalça Muzeyi
Kateqoriya:Peşə bayramları Kateqoriya:Maydakı bayramlar Kateqoriya:Azərbaycan bayramları