Brouton adası () — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada britaniyalı dənizçi Vilyam Broutonun şərəfinə adlandırılmışdır. Adanın hündürlüyü 800 m, sahəsi isə 7 km² təşkil edir. Bura iki içməli su axarı vardır. Sönmüş vulkanın su səthi hissəsini təşkil edir. Ada ətrafında 3,7 km radiusunda maqnit anomaliyası müşahidə edilir. Sahillərində dəniz kələmi su altı sıx cəngəllik əmələ gətirir. Üstəlik burada Şimal dəniz şiri, perpalar, dəniz samuru kimi canlılara rast gəlinir. Adanın qayalıqlarında qağayılar, ağılsızlar yuva qurur. 20 km cənub-şərqdə Çornıye Bratya adaları qərarlaşır.

Mənbə Adanın təsviri. Plan. Foto şəkillər.

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Saxalin vilayəti adaları Kateqoriya:Kuril adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış adalar Kateqoriya:Rusiyadakı stratovulkanlar