Alva Myurdal () — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.
Həyatı 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur.Sosial Rifah Şöbəsi 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955–1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı.
Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür. Bundan başqa Alva Myurdal 1980-ci ildə Eynşteyn Sülh mükafatı və 1981-ci ildə Nehru sülh mükafatına layiq görülmüşdür.
Həmçinin bax Nobel sülh mükafatı Nobel Sülh mükafatı laureatlarının siyahısı
Xarici keçidlər Biography of Alva Myrdal at Nobelprize.org Works by Alva Myrdal at Open Library Edit this at Wikidata
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsveç səfirləri Kateqoriya:Digər ölkələrin Hindistandakı səfirləri Kateqoriya:İsveç Sosial-Demokrat Fəhlə Partiyası Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Norra beqravninqsplatsendə dəfn olunanlar Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:BMT rəsmiləri