Prokofyev adası — Şantar adaları qrupuna daxil olan, o qədər də böyük olmayan ada. Böyük Şantar adasından 7,5 km şərqdə yerləşir. Adanın uzunluğu 7 km, eni isə 4–5 km arasında dəyişir. Ada 1829-cu ildə rus hidroqrafı Prokopiy Tarasoviç tərəfindən kəşf edilmişdir. Ada elə onun tərəfindən Rus-Amerikan şirkətinin direktoru İvan Vaileviç Prokofyevin şərəfinə adlandırılmışdır 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.

İstinadlar

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Xabarovsk diyarı adaları