Sri Vahyuni Agustiani (d. 13 avqust 1994; Bandunq, İndoneziya) — İndoneziyalı ağır atlet. Sri Vahyuni Agustiani 2016-cı ildə İndoneziyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. Agustiani həm də 2014-cü ildə Asiya Oyunlarında gümüş medal qazanıb.
Həyatı Sri Vahyuni Agustiani 1994-cü ilin 13 avqust günündə İndoneziyanın Bandunq vilayətində anadan olub.
Karyerası Sri Vahyuni Agustiani karyerasında birinci ciddi uğurunu 2014-cü ildə Cənubi Koreyanın İnçeon şəhərində qazandı. Ahustiani Asiya Oyunlarında 187 kiloqramlıq nəticə ilə gümüş medal qazandı.
Sri Vahyuni Agustiani karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Agustiani birdən qaldırmada 85 kiloqram, təkanla qaldırmada isə 107 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 192 kiloqramlıq nəticə ilə Sri Vahyuni Agustiani XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazandı.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib İndoneziya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Ağır atletika üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2014 Asiya Oyunları medalçıları Kateqoriya:2018 Asiya Oyunları medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2013 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar