Bəni Təmim ( — tərc. Təmim övladları) — ərəb xalqının qolu.
Tarixi Bəni-Təmim qəbiləsinin kökü Mudara bağlıdır. Təmim ibn Mürrə ibn Uddə ibn Təbihə ibn İlyas ibn Mudar ibn Nizar ibn Məad ibn Ədnanın törəmələridirlər.
Məhəmmədin vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər:
Əbu Bəkr Xalid ibn Validə bayrağı verərək Tüleyhə ibn Xuveylid əl-Əsədiyə hücum etməsini və onunla işini bitirdikdən sonra əl-Bətah adlı yerdə məskunlaşmış Malik ibn Nüveyrəyə hücum etməsini əmr etdi.
İkrimə ibn Əbi Cəhlə də bayraq verib onu Museyliməyə qarşı döyüşə, ardınca da Şürahbil ibn Həsənəni yolladı. Xalid ibn Səid ibn əl-Əsi Şam sərhədlərinə, Əmr ibn əl-Ası, Qudaə, Vadiə və əl-Haris qəbilələrinə, Əla ibn əl-Hədrəmini isə Bəhreynə göndərdi.
Riddə hadisələri zamanı Bəni-Təmim qəbiləsi bir neçə hissəyə ayrılmışdı. Bəziləri mürtəd olmuş (İslamdan imtina etmiş), bəziləri zəkatdan imtina etmiş, bəziləri isə İslamda qalmışdılar. Digər bir qrup isə tərəddüd içində idilər. Vəziyyət belə olduğu halda, əslən ərəb xaçpərəstlərdən olan Səcah bintül-Haris ət-Təğlubiyyə adlı qadın onların yanına gəlir və peyğəmbərlik iddia edir. Onunla bərabər öz qövmindən bir dəstə qoşun da var idi və o, Mədinəyə hücum etmək istəyirdi. Bəni-Təmim qəbiləsinə yetişdikdə onları öz yoluna çağırır və onların əksəriyyəti bu dəvəti qəbul edir və aralarında müharibənin olmayacağına ittifaq edirlər. Bundan sonra Malik ibn Nüveyrə onu Mədinəyə hücum etməkdən yayındırdı və bunun əvəzində əvvəl Bənil-Yərbu qəbiləsinə sonra isə digər insanlara, sonda isə Mədinəyə qarşı döyüşməyi ona tövsiyə etdi. Səcah öz qoşunu ilə Yəmamə qəbiləsinə hücum edərək oranı Museylimənin əlindən almaq istəyirdi. Bunu eşidən Museylimə ondan çox qorxdu. Çünki onun başı Yəməmə döyüşündən əvvəl müsəlmanlarla baş verən toqquşmalara qarışmışdı. Belə halda Museyləmə Səcaha elçilər göndərərək onunla sülh bağlamağı təklif etdi. Səcah bunun əvəzində ondan malik olduğu ərazilərin tam yarısını tələb etməklə razılaşdı.
Məşhur şəxsləri
Məhəmməd ibn Əbdülvahhab
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Səudiyyə Ərəbistanında yaşayan etnik qruplar Kateqoriya:Qətərdə yaşayan etnik qruplar Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:İslam tarixi