Cənubi Koreya siyasi skandalı () - 2013-cü ildə seçilmiş Koreya Respublikasının Prezidenti Pak Kın He və yaxın rəfiqəsi ilə bağlı baş vermiş siyasi skandal. Skandal qısa müddət ərzində ölkənin bütün bölgələrinə yayılmış və xalq kütlələrinin kütləvi mitinqlərinə səbəb olmuşdur. Ölkə prokurorluğu Pak Kın Henın işi üzrə araşdırmaya başlayıb. O, ölkəni rəfiqəsi Choi Soon-sil-in təsiri altında idarə etməkdə ittiham olunur. Rəfiqəsiylə bağlı da araşdırmalar aparılmaqdadır. Skandalın mərkəzində dayanan prezidentin rəfiqəsi əlaqələrindən istifadə edərək varlanmaqda və qızına ali təhsil almağa yardım göstərməkdə günahlandırılır.
İstinadlar
Kateqoriya:2016-cı ildə Cənubi Koreya Kateqoriya:Cənubi Koreyada siyasət