"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı.
"Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir.
Tarixi 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb.
1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib.
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdırAzərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 1997-ci il tarixli Fərmanı — anl.az saytı.
Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır. Saytın redaktoruTuran Etibaroğludur.
Baş redaktorları Müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti"nin baş redaktorları olmuşdur:
Hacıbaba Nəzərli — 1934 Məmməd Kazım Ələkbərli −1934–1936 Seyfulla Şamilov — 1936 −1937 Redaksiya heyəti — 1937–1938 Qəzənfər Məmmədov — 1938–1939 Məmməd Səid Ordubadi — 1939–1939 Məmməd Cəfər Cəfərov — 1945–1949 Ənvər Əlibəyli — 1949–1951 Süleyman Rüstəm — 1951–1957 Qasım Qasımzadə — 1957–1963 Yusif Əzimzadə — 1963–1966 Hüseyn Abbaszadə — 1966–1971 Nəriman Həsənzadə — 1978–1991 Cabir Novruz — 1991 −1993 Sabir Əhmədov — 1993–1996 Ayaz Vəfalı — 1996–2014 Elçin Hüseynbəyli — 2014 Azər Turan — 2015-ci ilin yanvarından
Əlaqə Qəzetin İnternet saytı: edebiyyatqazeti.az
E-mail: [email protected]
Əlaqə üçün telefon və faks nömrələri:
Baş redaktor: (+99412) 539 52 59
Baş redaktor müavinləri: (+99412) 510 88 61, (+99412) 539 50 67
Məsul katib: (+99412) 539 91 68
Şöbələr: (+99412) 538 03 17
tel. / faks.: (+99412) 538 85 70
Ünvan: Bakı – AZ1073, Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyat, 9-cu mərtəbə
Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, qəzetin yaradıcı əməkdaşları. Baş redaktor: Azər Turan. İnternet ünvanı: https://edebiyyatqazeti.az/
Xarici keçidlər "Ədəbiyyat qəzeti"nin elektron saytı Nizami Gəncəvi — 880: "Ədəbiyyat qəzeti"nin Xüsusi buraxılışı [https://www.youtube.com/watch?app=desktop&v=ZSJ6piola7w "Ədəbiyyat qəzeti"nin "Nizami Gəncəvi İli"nə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib] "Ədəbiyyat qəzeti"ndən iki yeni kitab
İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Ədəbi-bədii qəzetlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyi