Dana Reyznietsa-Ozola (; ) — Latviya şahmatçısı, qrosmeyster (2001) və siyasətçi, Latviya Seyminin (Latviya Parlamenti) deputatı. Latviyanın keçmiş iqtisadiyyat naziri (2014–2016). Latviyanın hazırkı maliyyə naziri (2016-cı ildən).
Şahmat karyerası 1998 və 1999-cu illərdə qızlar arasında şahmat üzrə Avropa çempionatında (U-18) qalib olub. Həmçinin qızlar arasında dünya çempionatında iki gümüş medal qazanıb — 1995 (U-14) və 1998-ci ildə (U-18). Qadınlar arasında şahmat üzrə Latviya çempionatında dörd dəfə birinci olub — 1998 (əlavə oyundan sonra), 1999 (turnirdəki bütün oyunlarını udaraq çempionat tarixində ən yaxşı nəticə göstərib), 2000 və 2001-ci illərdə. Səkkiz dəfə Latviyanı qadın şahmat olimpiadalarında təmsil etmişdir (1998, 2000, 2004, 2006, 2010, 2012, 2014, 2016). Reyznietsa-Ozola olimpiadalar zamanı həmişə birinci lövhədə oynayırdı. Latviya komandasının heyətində şahmat üzrə dörd Avropa çempionatında iştirak edib (1999, 2001, 2011, 2015).
Reyznietsa-Ozola şahmatla məşğul olmağın üstünlükləri barədə bunları söyləyib: "Şahmat oynamağı bacarmaq istənilən sahədə insana fayda verir. Əsasən də siyasətdə. Çünki siyasətdə bir neçə gedişi əvvəldən görməlisən."
Siyasi karyerası 2010-cu ildə Latviyanın Onuncu Seyminə (Latviya Parlamenti) deputat seçilib (2010–2011), 2011-ci ildə isə "Yaşıllar və kəndlilər İttifaqı" siyasi birliyinin adından yenidən Latviya Seyminə deputat seçilib. 2014-cü ildən 2016-cı ilə qədər Latviyanın iqtisadiyyat naziri vəzifəsini icra edib. 2016-cı ildən Latviyanın maliyyə naziridir.
Şəxsi həyatı 2011-ci ildə Latviya sərmayələr və inkişaf agentliyinin direktoru Andris Ozolsa ərə gedib. Dörd övlada sahibdir.Депутат Сейма Рейзниеце-Озола родила четвёртого ребёнка Böyük qızının 13 yaşı var.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Dana Reizniece-Ozola . Chessgames.com Dana Reizniece-Ozola. 365Chess.com Dana Reizniece-Ozola. Chesstempo.com
Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Latviya şahmatçıları Kateqoriya:Latviya siyasətçiləri Kateqoriya:Latviyanın qadın siyasətçiləri Kateqoriya:Latviya nazirləri Kateqoriya:Latviya iqtisadiyyat nazirləri Kateqoriya:Latviya maliyyə nazirləri Kateqoriya:Qadın şahmat qrosmeysterləri