Avdı Qoşqar — Azərbaycan şairi, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur.

Fəaliyyəti Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır..Azerbaycan Edebiyatı İsimler Sözlüğü. 2012. AZEIS

İlk şeirləri 1980-ci illərdə nəşr edilib.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Filmoqrafiya Bitməyən ömür (film, 2013)

İstinadlar

Xarici keçidlər Ədəbi həyat. "Gəlmişdim dünyanın dərdini çəkəm" (Avdı Qoşqarın şeirləri haqqında)

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri