III Kertis Ceyms Cekson (d. ) — 50 Cent (tələffüzü: Fifti Sent) adı ilə tanınan məşhur ABŞ-li repçi, prodüser və aktyor.
Həyatı III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
Karyerası 50 Cent ilk əvvəl rep sahəsində tanınmış prodüser və Run-DMC qrupunun üzvü Jam Master Jay və daha sonra dünyaca məşhur olan prodüser Dr. Dre tərəfindən kəşf edilmişdir. Jam Master Jayin köməklikləri ilə musiqi müqaviləsini Columbia Records ilə imzalamışdır. İlk klip çəkimindən əvvəl 9 güllə yarası alaraq xətəxanaya düşən Curtisin müqaviləsi bu hadisədən sonra Columbia Records tərəfindən təxirə salınmış və "Power of the Dollar" adlı albomu satışa çıxarılmamışdır.
50 Cent əzmini itirməyən Curtis Jackson demo və mixtape çıxarmağa davam etmişdir. Təsadüfən CD-lərin biri Eminemin əlinə keçmişdir. Jacksonun CD-ni bəyənən Eminem, onunla bir müqavilə bağlamışdır. Bu müqavilədən Curtis 1 milyon dollar almış və "Get Rich or Die Tryin'" adlı ilk rəsmi albomunu yayımlamışdır. "In da Club", "P. I. M. P." və "If I Can't" kimi mahnılarıyla rep və hip-hop dünyasında özünə bir ad qazanmışdır. 2006-cı ildə 32 milyon dollar, 2007-ci ildə 34 milyon dollar qazanaraq ildə ən çox pul qazanan 2-ci repçi olmuşdur. Forbes jurnalının 2007-ci ildə tərtib etdiyi "Ən varlı hip-hopçılar" sıralamasında Jay-Z və Eminemdən sonra üçüncü sırada yer almışdır.
Forbesin 2008-ci ilin avqustunda açıqladığı nəticəyə görə 50 Cent 150 milyon dollarlıq qazancı ilə Jay-Z və P. Diddy kimi repçiləri də geridə qoymuşdur. 2007-ci ildə yayımlanmış Curtis albomunun adını ailənin üçüncü oğlu və özünün üçüncü albomu olduğu üçün seçmişdir.
Diskoqrafiya 2001: Get Rich or Die Tryin' 2005: The Massacre 2007: Curtis 2009: Before I Self Destruct
Çəkildiyi filmlər 2003: The New Breed (50 Cent rolu ilə) 2005: Pranksta Rap (50 Cent rolu ilə) Get Rich or Die Tryin' (Marcus rolu ilə) 50 Cent: Bulletproof (50 Cent rolu ilə) 2006: Home of the Brave (Jamal Aiken rolu ilə) 2008: Reighteous Kill (Spider rolu ilə) Before I Self Destruct (Clarence rolu ilə) 50 Cent: The Money and the Power (50 Cent rolu ilə) 2009: Streets of Blood (Stan Johnson rolu ilə) Entourage (50 Cent rolu ilə) Dead Man Running (Thigo rolu ilə) Caught in the Crossfire (Tino rolu ilə) 2010: 13 (Jimy rolu ilə) Gun (Rich rolu ilə) Twelve (Lionel rolu ilə) Morning Glory (50 Cent rolu ilə) 2011: Vengeance (Black rolu ilə) Blood Out (Hardwick rolu ilə)
İstinadlar
Xarici keçidlər 50 Cent Official Website 50 Cent Official Twitter 50 Cent Official Facebook 50 Cent Official Spotify
Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ modelyerləri Kateqoriya:ABŞ investorları Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ cinayətkarları Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:Aftermath Entertainment artistləri Kateqoriya:Amerikalılar Kateqoriya:Columbia Records artistləri Kateqoriya:Film aktyorları Kateqoriya:Kişi müğənnilər Kateqoriya:Müğənni-bəstəkarlar Kateqoriya:Təxəllüslər Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:XX əsr ABŞ aktyorları Kateqoriya:XXI əsr ABŞ aktyorları Kateqoriya:XXI əsr ABŞ repçiləri Kateqoriya:XX əsr ABŞ repçiləri