Kökdimdik pinqvin, Kökdimdik kəkilli pinqvin və ya Viktoriya pinqviniГладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — : Просвещение, 1986. — С. 37. — 527 с. () — Kəkilli pinqvinlər cinsinə daxil olan növ.

Təsviri Kökdimdik pinqvinlərin uzunluğu 55–60 sm, çəkisi isə 2–5 kq (orta 3 kq) təşkil edir. Tüklərinin uzunluğu 2,7 sm olur. Başı və bədəni qara rəngdə olur. Ön nahirəsi ağdır.

Yayılması Yeni Zelandiyanın Stuart, Solander və Cənub adasında yayılmışlar. 1980-ci illərdə sayı 5 000–10 000 cüt olmuşdur. Hazırda isə sayları 1 000–2 500 cüt olaraq qiymətləndirilsə də artımı stabildir.

Həyat tərzi Əsasən sahil ərazilərində ov edirlər. Qidasının əsasını xərçəngkimilər, kiçik balıqlar təşkil edir. Çoxalma zamanı yuvanı 100 m hündürlükdə qururlar. Qış dönəmini tənha keçirirlər. Ümumilikdə isə ömürlərinin 75% dənizdə keçirirlər. Hazırda düşmənləri adalara avropalılar tərəfindən gətirilmiş gəmiricilərdir. Əsas düşmənləri suitilər və iri balıqlardır.

Çoxalması Yuvanı açıq yerdə qurmurlar. Yuvaları qayalıqlarda, oyuqlarda salınır. Erkəklər yumurta qoyulan yerə iyulda gəlirlər. Bu isə dişilərdən iki ay öncə baş verir. Yumurta qoyma 4–6 həftə davam edir. Balaların yumurtadan çıxmasından 2–3 həftə müddətində erkək yuvanı qoruyur. 75 gün müddətində balalar artıq dənizdə üzə bilirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xordalılar Kateqoriya:Pinqvinlər Kateqoriya:Heyvanlar Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1845-ci ildə təsvir edilən quşlar Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yeni Zelandiya endemikləri